Rusiyada 1 həftə qeyri-iş günü elan edildi

0

Prezident Vladimir Putin maaşların saxlanması şərti ilə martın 30-dan aprelin 5-dək olan günləri qeyri-iş günü elan edib.

Siyasi.az xəbər verir ki, Rusiya prezidenti bu barədə vətəndaşlara etdiyi televiziya müraciətində açıqlama verib.

Nəticədə həftəsonları da nəzərə alınmaqla tətil martın 28-dən 5 aprel bazar gününə qədər davam edəcək.

Qeyd edək ki, qərar koronavirus infeksiyasının yayılması ilə əlaqədar qəbul olunub.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin