DSX: Düşmən təxribatının qarşısı alındı

0

27 mart tarixində saat 12:00 radələrindən başlamaqla, Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Siyasi.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin