İngiltərə Premyer Liqa komandalarından biri olan “Arsenal”da oynayan, türk əsilli, almaniyalı futbolçu Mesut Özil ata olub.
Siyasi.az xəbər verir ki, futbolçu “Instagram” hesabında “Allaha şükür, qızımız Eda sağlam bir şəkildə dünyaya gəldi. Rəbbim bizə, ətrafına və bütün insanlığa xeyirli övlad olmasını nəsib edər, inşallah” deyə paylaşım edib.
Siyasi.az