Azərbaycan istehsalı olan tibbi maskalar gələn həftə satışa çıxarılacaq

0

Sumqayıtdakı tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

Siyasi.az bildirir ki, APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artın yerli istehsalın işə salınması idxaldan asılılığın aradan qaldıracaq.

“Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan etmişdirlər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilində zəmin yaratdı”, – deyə nazir müavini qeyd edib.

Nazir müavini onu da əlavə edib ki, müəssisədə istehsal olunan tibbi maskalar gələn həftədən etibarən satışa çıxarılacaq.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin