Dünyada koronavirusa yoluxanların sayı artıb.
Siyasi.az xəbər verir ki, bu barədə ayrı-ayrı ölkələrin statistikasını aparan Cons Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.
Qeyd edilir ki, virusa 200-dən çox ölkədə demək olar, 88 min insan yoluxub.
Koronavirusa ən çox yoluxma ABŞ-da aşkarlanıb. Son məlumatlara görə, Birləşmiş Ştatlarda COVID-19 yoluxma ilə bağlı 424 945 hal qeydə alınıb. Daha əvvəl bildirilirdi ki, ABŞ-da koronavirusa qurbanlarının sayı 14 min nəfəri ötüb.
Siyasi.az