Karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlandı

0

Karantin rejimini pozan 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Siyasi.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilir ki, ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulması səbəbindən aprelin 9-u saat 00:00-dan sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin