Braziliyada koronavirusa yoluxanların sayı 22 mini keçdi

0

Braziliyada son sutkada daha 1 442 nəfər koronavirusa yoluxub, 99 nəfər isə virusdan ölüb.

Siyasi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da ölkədə infeksiyaya yoluxanların sayı 22 169 nəfərə çatıb. 1 223 nəfər isə pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Braziliya üzrə ən çox yoluxma ( 8 755) və ölüm faktı (588) San-Paul ştatında qeydə alınıb.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin