Koronavirusa yoluxanların sayı 1,9 milyon nəfəri ötdü

0

Dünyada artıq 118 459 insan koronavirus pandemiyasının qurbanı olub.

Siyasi.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti bildirib.

Universitetin son məlumatına əsasən, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 904 566 nəfər təşkil edir.

Qeyd edilir ki, pandemiyanın başlanğıcından koronavirusdan sağalanların sayı 445 minə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin