Poçt şöbələrinin iş vaxtı uzadıldı

0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrinin (kənd poçt şöbələri istisna olmaqla) gündəlik iş vaxtı 1 saat uzadılıb.
Siyasi.az bildirir ki, nazirlikdən verilən məlumata görə, qrafiki dəyişməkdə əsas məqsəd işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin verilməsi prosesini sürətləndirməkdir.
Artıq Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcək.
Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışacaq.
Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyəcək.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin