Şənbə gününün havası açıqlandı

0
Mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. 
Siyasi.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 26-31, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin