Rektor AzTU-nun türkiyəli tələbələri ilə videoformatda görüş keçirib

0
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin türkiyəli tələbələri ilə videoformatda görüş keçirib.
Siyasi.az bildirir ki, AzTU-dan “Yeni Gündəm” ə verilən məlumata görə, rektor pandemiya dövründə tələbələrin sosial vəziyyətində yaranan çətinliklərlə maraqlanıb. Eyni zamanda onlayn dərslərin gedişi və yay imtahan sessiyasının keçirilmə prosesi haqqında da fikir mübadiləsi aparılıb.​ Görüş zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin