Şahin Seyidzadə seçicilərlə növbəti onlayn görüş keçirib

0
Milli Məclisin deputatı Şahin Seyidzadənin 50 saylı Abşeron-Qobustan seçki dairəsində yaşayan seçicilərlə növbəti onlayn qəbulu baş tutub.
Siyasi.az xəbər verir ki, “Yeni Gündəm”in məlumatına görə, deputat 50 saylı Abşeron-Qobustan seçki dairəsindən müvafiq olaraq Abşeron rayonu üzrə Saray, Qobu qəsəbələri, Qobustan rayonu üzrə isə Sündü, Sədəf, Cəyirli və Cəmcəmli kəndlərindən olan 9 sakinlə əlaqə saxlayaraq müraciətlərini dinləyib.
Onlayn formada keçirilən qəbullarda müraciətlərin əsas istiqamətləri sosial müavinət, məşğulluq, hüquq və Qobustan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşlarının şikayətləri olmuşdur.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin