Abşeronda məmur həbsləri ilə bağlı məlumat

0
Baş Prokurorluq Abşeron rayonunda məmur həbsləri ilə bağlı məlumat yayıb.
Siyasi.az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb.
“Keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur. Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur”, – deyə məlumatda bildirilir.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin