Yeni məktəb binasının tikintisinə 2 milyon manat ayrıldı

0
Prezident İlham Əliyev “Samux rayonunun Çobanabdallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Siyasi.az xəbər verir ki, sərəncamla Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin