Ərdoğan İlham Əliyevi təbrik etdi

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Siyasi.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması münasibətilə dövlət başçısını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edib və yaxın zamanlarda yeni təmasların davam etdirilməsi haqqında qərara gəliblər.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin