“Partiyamızın üzvlərini təbrik edə bilərik” – Əli Əhmədov

0

“Növbədənkənar parlament seçkiləri başa çatdı. Keçirilən “exit-poll”arın nəticələri partiyamızın qələbə çaldığını göstərir”.

Siyasi.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov özünün feysbuk səhifəsində yazıb.

Ə. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi ilə partiyanın üzvlərini təbrik edə bilər:

“Qalib gəlmiş namizədlərimizi ürəkdən təbrik edirəm. Partiyamızın möhtəşəm qələbəsinə böyük töhfə vermiş çoxsaylı könüllülərimizə ayrıca təşəkkürümüzü bildirirəm. Partiyamıza və onun namizədlərinə, Prezidentimizin siyasətinə səs vermiş bütün seçicilərimizə minnətdarıq”.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin