Koronavirusla bağlı video paylaşdı, qəzəbə tuş gəldi – Video

0

İngiltərə yığması və Londonun “Tottenhem Hotspur” klubunun 23 yaşlı yarımmüdafiəçisi Dele Alli irqçilikdə günahlandırılıb.

Siyasi.az ın məlumatına görə, buna səbəb idmançının Tvitter hesabında koronavirusla bağlı paylaşdığı video olub.

Belə ki, Londonun “Hitrou” aeroportunda lentə alınan videoda Alli əvvəlcə asiyalı bir kişini göstərir, daha sonra isə kameranı antiseptik vasitəyə tərəf çevirir. Görüntüyə o, “Virus mənə təsir etməsi üçün cəld tərpənməlidir” şərhini yazıb.

Çarx yazısı ilə bərabər sosial şəbəkə izləyicilərini qəzəbləndirib. Nəticədə ictimaiyyətin təzyiqi ilə Alli videonu silib və üzr istəyib.

 

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin