Trampı öldürməklə hədələyən şəxs saxlanıldı

0

ABŞ Prezidenti Donalt Trampı öldürməklə hədələyən Florida ştatının sakini Rodcer Hedcpet hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Siyasi.az-ın “The Washington Post” nəşrinə istinadən məlumatına görə, o, Ağ Evin yaxınlığında tutulub. İnsident şənbə günü səhər saatlarında baş versə də, mətbuata bu barədə bir sutkadan sonra məlumat verilib. 25 yaşlı Florida sakini polisə üzərində bıçağın olduğunu və onunla Prezident Trampı öldürmək niyyəti barədə deyib.

Rodcer Hedcpet ABŞ Məxfi Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun psixoloji problemləri olduğu məlum olub. Sakinin üzərində 9 santimetrlik ülgüclü bıçaq və boş tapança koburası tapılıb.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin