OPEK+ nazirlərinin görüşü fevralın sonu – martın əvvəli keçirilə bilər.
Siyasi.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika naziri Nurlan Noqayev bildirib.
“Ümumiyyətlə, keçən il nazirlər görüşünün mart ayının əvvəlində olacağı barədə razılıq verilib”, – deyə Noqayev vurğulayıb.
O, hazırda hər kəsin bu tarixlə razılaşdığını, lakin ehtiyac yaranarsa, iclasın fevral ayına keçirilə biləcəyini sözlərinə əlavə edib.
Nazir OPEK-in baş katibi Məhəmməd Barkindo ilə danışdığını da qeyd edib.