Çərşənbə axşamı, Yanvar 31, 2023
Ev MAQAZİN Brilliant Dadaşova: “Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib…” – VİDEO

Brilliant Dadaşova: “Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib…” – VİDEO

0


BAKU.WS
 xəbər verir ki, Murad Arifin “Popumuz var” Youtube layihəsində müsahibi F.Ağayevə ünvanladığı “dürüst-doğru” ifadələri B.Dadaşovanı qıcıqlandırıb.

O, Muradın “İnstagram” hesabında verilişdən paylaşdığı videonun altında olduqca sərt ittihamlar yazıb:

“Gey dostlarım nəbadə məndən inciməsinlər, hərənin şəxsi həyatı, cinsi seçimi onun öz işidir, amma kişi ilə cinsi əlaqə zamanı başqa bir kişiyə acıq vermək üçün şəxsən özünün çəkdiyi video ortaya çıxanda nədən şər-böhtan ataraq videonun yayılmasını mənim üzərimə atması hələ də sual işarəsi altındadır. Bu dünyada və mütləq Məhşərdə böhtanın cəzası çox ağırdır!

Dürüst-doğru… (Brilliant xanım bu sözlərdən sonra gülüş işarələri qoyub). Kişi ilə cinsi əlaqə zamanı özünü videoya çəkib, nədənsə onunla yaxından-uzaqdan əlaqəsi olmayan məhz Brilliantın boynuna atan dürüst. Canım-gözüm Murad, dürüstlük dünyadakı haqqını halal etməz. Günahdır.
Muradik, parlamentdə vaxtilə böyük Rəşid Behbudov oturub. Səndən nədənsə ümumiyyətlə dürüstlük gözləyənlərin ümidini heç olmasa sən özün qırma. Bu xalq, doğrudanmı, bu qədər cılızlaşdırılır?! Allah özü bu xalqa kömək olsun!”

Xatırladaq ki, M.Arif F.Ağayevə parlament seçkilərində niyə iştirak etmədiyini soruşur: “Uzaqgörən insansınız. Uzaqda nə gördünüz ki, bu il parlament seçkilərinə qatılmadınız? Tanımadıqlarımızla müqayisədə hər zaman danışan, dürüst-doğru danışan, məntiqli yollar göstərən insanın orada olması xalq üçün xeyirli olmazdımı?”

Faiq Ağayev şəxsi həyatında azad olmaq üçün bu addımı atmadığını bildirir: “Mən şəxsi həyatımın bir çox hissəsindən məhrum olmuş insanam. Üstəgəl, parlamentə də getsəydim, şəxsi həyatımın 95 faizi əldən gedəcəkdi. Mən buna hazır deyildim. Şəxsi həyatımı qurban verməyə hələ hazır deyiləm”.

Qeyd edək ki, txalq artistlərinin bir-birinə düşmən kəsilməsinə F. Ağayevin aparıcı Murad Arifin “Flora Kərimovanın, yoxsa Brilliant Dadaşovanın sənəti?” sualına belə cavab verməsi olub: “Sən nə danışırsan? Təbii ki, Flora Kərimova. Müqayisəolunmaz bir şeydir. Biri əsrlər boyu qalacaq, o biri bir azdan yaddan çıxacaq”

VİDEO

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin