Budapeştdən 123 azərbaycanlı gətirildi

0

Martın 19-na keçən gecə AZAL aviaşirkəti tərəfindən Budapeşt-Bakı istiqaməti üzrə yerinə yetirilmiş çarter reysi ilə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb.
Siyasi.az bildirir ki,“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən verilən məlumata görə, bu Azərbaycanın Milli aviadaşıyıcısının Avropadan artıq ikinci çarter reysidir – dünən Romadan Bakıya 161 nəfər sərnişin gətirilib.
Həmçinin martın 19-na keçən gecə İstanbul- Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu növbəti çarter reysi yerinə yetirilib.
AZAL və “Aeroflot” aviaşirkətləri razılaşma əsasında Rusiyadan (Moskva və Sankt-Peterburq) çarter reyslərini həyata keçirməyə davam edirlər. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin