“Qalatasaray”ın ikinci prezidenti və arvadı koronavirusa yoluxdu

0

Türkiyənin “Qalatasaray” klubunun ikinci prezidenti Abdurrahim Albayrak və həyat yoldaşı Şükran Albayrakın yeni tip koronavirus testləri müsbət nəticə verib.

Siyasi.az bildirir ki, bu barədə “Hürriyet” qəzetinin yazarı Mehmet Üstündağ məlumat yayıb.

“Qalatasaray”ın rəhbərlərindən Abdurrahim Albayrak ötən həftə koronavirus şübhəsi ilə Yeşilköydəki “Acıbadem International” xəstəxanasına aparılıb.

İlk testi mənfi, ikincisi müsbət çıxan Albayrakın həyat yoldaşı Şükran xanımın da koronavirusa yoluxduğunu öyrəndim. Karantinə götürülən cütlüyün müalicəsi davam edir”, – Üstündağ bildirib.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin