Qayınata gəlinini qətlə yetirib, cəsədini parçalara ayırdı – Qandonduran olay

0

Türkiyənin Çerkezköy bölgəsində yaşanan hadisə eşidənləri dəhşətə gətirib.

Siyasi.az xəbər verir ki, 65 yaşlı qayınata gəlinini bıçaqla qətlə yetirəndən sonra parçalara ayırıb. Belə ki, Fehmi A. adlı şəxs oğlu evdə olmayanda 2 uşaq anası, Qırğızıstan əsilli gəlini Ayat A. ilə mübahisə edib. Davaya çevrilən mübahisədən sonra, qaynata əlinə bıçaq alaraq gəlininə xəsarət yetirib. Ardınca o, cəsədi parçalara ayıraraq bir qismini zibil qutusuna, bir qismini isə maşının baqajına qoyub. Qışqırıq səslərinə görə edilən şikayətdən sonra polis hadisə yerinə gəlib. Fehmi A. günahını etiraf edərək təslim olub.

Hazırda nəzarətə alınan qayınata ilə bağlı araşdırmalar davam edir.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin