Sabirabadda kişi avtomobilin içində yanaraq öldü

0

Sabirabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Siyasi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonunun Bulduq kəndində KIA markalı minik avtomobili yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin