“Təhqiqat qrupu bağçadadır…” – DİN-dən uşağı vuran tərbiyəçi ilə bağlı açıqlama

0

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Siyasi.az xəbər verir ki, bu barədə DİN-dən Sfera.az-a məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

“Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi-müəlliməsi, 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin