Deputatlar Qazaxıstanda

0

Milli Məclisin deputatları Əliabbas Salahzadə və Anar Məmmədov TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun ilk iclasında iştirak etmək üçün iyunun 16-dan Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində səfərdədirlər.

Siyasi.az xəbər verir ki, tədbir “Texnologiya əsrində – Uşaqlar və Gənclik Türklərin gələcəyidir” mövzusuna həsr olunub. Deputatlarımız müzakirəyə çıxarılan mövzu ilə bağlı öz fikirlərini açıqlayıblar.

Səfər çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Kaşanov, Qazaxıstan İnformasiya və Sosial İnkişaf naziri Askar Umarov, Qazaxıstan, Özbəkistan, Türkiyə, Qırğızıstan parlamentlərinin rəsmiləri ilə görüş keçirilib.

Daha sonra Nur-Sultan şəhərinin gənc deputatları ilə görüşlər, Qazaxıstan Milli Muzeyi, “EXPO-2017” Beynəlxalq Sərgi Mərkəzi ilə tanışlıq nəzərdə tutulub.

Səfər iyunun 19-da başa çatacaq.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin