Deputat: Bu səfərlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir

0

10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa, Ağdam, Zəngilan rayonlarına səfəri baş tutub. Qonaqlar həmin ərazilərdə erməni vandallıqlarını öz gözləri ilə görüb və Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.

Siyasi.az xəbər verir ki, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, bu cür səfərlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

“Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə torpaqlarını işğaldan azad etdi. 30 il müddət ərzində işğal altında qaldığı müddətdə ərazilərimiz erməni vandalizminə məruz qalıb, bütün infrastruktur məhv edilib, mədəni-tarixi abidələr dağıdılıb, ekologiyaya qarşı terror törədilib. Bu gün bütün bunların dünya ictimaiyyətinin diqqətinə çatdırılması vacib əhəmiyyət kəsb edir. Bu baxımdan səyahətçi və blogerdən ibarət qrupun həmin ərazilərə səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri əhəmiyyətli bir hadisədir”, – deyə deputat bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparır. “Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla ermənilərin əsl mahiyyətini görürlər və Azərbaycanın nə qədər sülhsevər bir ölkə olduğunun bir daha şahidi olurlar”, – deyə deputat bildirib.

O əlavə edib ki, işğaldan azad edilən ərazilər həmçinin füsünkar təbiətə və geniş turizm imkanlarına malikdir. “Əlbəttə ki, xarici qonaqların səfəri həmin ərazilərin turizm potensialının dünyada təbliği baxımından mühüm rol oynayır”, – deyə deputat vurğulayıb.

Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin