Rusiyada ağır yol qəzası – 2 ölü, 38 yaralı

0

Rusiyanın Kemerovo vilayətinin Anjero-Sudjensk şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Siyasi.az ın “REN TV”yə istinadən məlumatına görə, hadisə Kemerovo- Anjero-Sudjensk avtomobil yolunun 60-cı kilometrliyində qeydə alınıb. Belə ki, 50 sərnişini olan avtobus sürücüsü idarəetməni itirib və yük maşını ilə toqquşub.

Nəticədə avtobus sürücüsü hadisə yerində, 72 yaşlı qadın sərnişin isə xəstəxanada əməliyyat masasında dünyasını dəyişib. Bundan əlavə, 38 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin