Azərbaycanda daha 163 yeni yoluxma faktı qeydə alındı, 1 nəfər vəfat etdi

0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Siyasi.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 108, bu günə qədər isə ümumilikdə 995 376 test icra olunub.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin