Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli kəndini atəşə tutub

0
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Bu barədə Siyasi.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin