Millət vəkili icra başçısı ilə birgə ali təhsil müəssisələrinə qəbul imtahanında ən yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirib

0

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Millət vəkili Anar Məmmədovla birgə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında yüksək nəticə əldə etmiş Naftalan şəhər tam orta məktəbinin məzunları ilə görüş keçirib.

Açıq şəraitdə keçən görüşdə Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını vurğulayan icra başçısı və deputat ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal topladıqlarına görə məzunları və onların valideynlərini təbrik edib, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Sonra 600 baldan yuxarı nəticə göstərmiş şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunları İsayev Allahverdi Elmar oğluna və İslamov İlkin Səbuhi oğluna İcra Hakimiyyətinin başçısı və Millət vəkili tərəfindən təşəkkürnamə və hədiyələr təqdim olunub.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin