“Ermənilərin dinc insanlarımızı, körpələrimizi hədəfə alması ilk dəfə deyil” – Deputat

0
“Ermənistanın Moskvadakı sazişə hörmətsiz yanaşması Rusiya rəhbərliyinə bir mesajdır ki, sizi də saymıram”
Siyasi.az xəbər verir ki, bunu Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirib. Onun sözlərinə görə, Ermənistan bu günə kimi heç bir beynəlxalq hüquq normalarına əməl etməyib.
Deputatın fikrincə, düşmən ölkə heç bir beynəlxalq təşkilatların qərarlarını da icra etməyib:
“Ermənistanın Moskvadakı sazişə hörmətsiz yanaşması Rusiya rəhbərliyinə bir mesajdır ki, sizi də saymıram.
Azərbaycan Silahlı Qüvvələri beynəlxalq təşkilatların qətnamələrini icra edir, Minsk Qrupu danışıqlar prosesini öhdəsinə götürüb.
Ermənilərin isə dinc insanlarımızı, körpələrimizi hədəfə alması ilk dəfə deyil. Bu, Paşinyanın babasının ideologiyasıdır. Hesab edirəm ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir”.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin