Azərbaycanda daha 33 şagirddə koronavirus aşkarlanıb

0

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Siyasi.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin