“Hər bir Azərbaycan vətəndaşı öz qalib ordusu və Müzəffər Ali Baş Komandanı ilə qürur duyur”

0
“Bu gün Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edir. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Bu, həm də Azərbaycan dövlətinin, xalqımızın əzmini, qətiyyətini və gücünü artırır, suverenliyimiz, bütövlüyümüz uğrunda apardığımız mübarizədə daha da inamlı olmağımıza kömək edir. Şuşanın düşmən işğalından azad edilməsi həm də Azərbaycan xalqının keçmişinin, tarixinin, gələcəyinin azadlığı, mədəniyyətinin yüksəlişi deməkdir. Bu gün xalqımız Ali Baş Komandanın qətiyyətli siyasətini birmənalı şəkildə dəstəkləyir, bu qələbələrə sevinir. Güclü, müstəqil Azərbaycan dövləti uğrunda hamımız bir yerdəyik. Bu birlik Azərbaycan dövlətini daha da möhkəmləndirir, xalqımızın mənəvi ruhunu yüksəldir, ordumuzun döyüş əzmini artırır. Düşünürəm ki, hər birimiz əldə olunan zəfərlərlə fəxr edirik. Hər bir Azərbaycan vətəndaşı öz qalib ordusu və Müzəffər Ali Baş Komandanı ilə qürur duyur”. 
Siyasi.az xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Onun sözlərinə görə, bu gün yalnız döyüş meydanında deyil, digər istiqamətlərdə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə mühüm qələbələr əldə edilməkdədir. A.Mollazadə qeyd edib ki, məhz çoxşaxəli fəaliyyətimizin uğurlu nəticəsidir ki, bu gün Şuşada Azərbaycan bayrağı dalğalanır. “Ölkəmizdə əldə edilmiş milli birlik, o cümlədən siyasi qüvvələrin nümayiş etdirdiyi həmrəylik Azərbaycan dövlətini, müstəqilliyimizi gücləndirir. Azərbaycan xalqı bu gün yumruq kimi birləşib”,-deyə A.Mollazadə əlavə edib.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin