“Azərbaycan xalqı vahid yumruğa çevrilməyini nümayiş etdirdi” – DEPUTAT

0
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər. Dağlıq Qarabağın həlli istiqamətində imzalanan bəyanatla Azərbaycanın ərazi bütövlüyü tam olaraq bütün dünyaya tanınıb.
Siyasi.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Asim Mollazadə danışıb:
“Düşünürəm ki, Ermənistan bu sənədi imzalamağa məcbur olub. Azərbaycan öz torpaqlarını döyüş aparmadan, imzalanan sənədə uyğun olaraq yaxın müddətdə geri alacaq. Bununla yanaşı Azərbaycan- Naxçıvan dəhlizi yaradılıb. Çox mühüm bir amil ondan ibarətdir ki, rus qoşunları ilə yanaşı Türkiyə hərbçiləri də imzlanan sənədin 5- ci bəndinə görə bu prosesi izləyəcək və Azərbaycanın haqq səsinin qarantiyası olacaq.
Şuşanı heç kim bizə hədiyyə verməyib. Şuşanı Azərbaycan əsgərləri qanını tökərək qaytarıb. Bununla da Azərbaycan öz istiqlal savaşını apardı, müstəqilliyini möhkəmləndirdi.
Mən Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə eyni zamanda Azərbaycan xalqının tam birliyini, vahid yumruğa çevrilməyini nümayiş etdirdi. Azərbaycanın dövlət dəyərləri, müstəqilliyi, ərazi bütövlüyü Azərbaycan xalqını vahid gücə çevirdi”.
Siyasi.az

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin