“Bu qələbə Azərbaycanın önündə yeni perspektivlər açacaq” – Təşkilat sədri

0

“Vətənyolu” xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcması Gənclər Birliyinin sədri Namiq Muradov xalqımızın qazandığı möhtəşəm qələbəni şərh edərkən deyib, Namiq Muradov bu qələbənin ölkəmizin önündə yeni üfüqlər açdığını.

ölkəmizin yeni perspektivlərə doğru addımlayacağını, zatən regionda vacib aktor olan ölkəmizin bundan sonra bu yolda eyni əminliklə addımlayacağını qeyd edib. Gənclər Birliyinin sədrinin sözlərinə görə, ərazi bütövlüyümüzün təmin olunması ilə bağlı heç bir güzəştdən söhbət belə gedə bilməz: “Azərbaycan apardığı Vətən müharibəsinin qalibidir. Düşməni dizə gətirərək onun əlindəki bütün gücünü əlindən alan, ağ bayraq qaldırmağını təmin edən ordumz, onun Ali Baş Komandanı tarixə öz adlarını qızıl hərflərlə yazdırdılar. Dünən cənab Prezident də bunu qeyd etdi: bu prinsiplərə 1 dekabra kimi Ermənistan uyacaqsa, biz də uyacağıq. Prosesin sülh şəraitində həll edilməsi üçün bütün səylərimizi göstərəcəyik. Yox, əgər şanlı Azərbaycan ordusu görsə ki, ermənilər tam ağıllanmayıb, o zaman onlara yerlərini göstərəcək. Necə ki, 27 sentyabrdan etibarən dünən gecəyə kimi göstərdi”.

Namiq Muradov onu da qeyd edib ki, hazırda Ermənistanın ağ bayraq qaldırmaqdan, təslim olmaqdan başqa heç bir yolu qalmayıb: “Baxın Ermənistana, xaos və anarxiya içindədirlər. Belə bir vəziyyətdə olan bir ölkə, əgər ona ölkə demək mümkündürsə, bizə nə edə bilər? Bu gün Ermənistanın ancaq bir yolu qalıb, ki, o yolu da ölkənin Ali Baş Komandanı açıq bir şəkildə göstərdi: qeydsiz şərtsiz Azərbaycan ərazilərini boşaltmaq. İşğaldan azad olunmuş ərazilərdə yaşamaq istəyən dinc erməni əhalisinin məsələsi isə müzakirə oluna bilər. Bunu ölkəmiz gözardı etməyəcək. Amma bu gün prioritet olan ərazilərimizdən çıxmalarıdır ki, əvvəl axır ona məcbur olacaqlar. Olublar da artıq. Bu münasibətlə mən bütün xalqımızı, bizə mənəvi dəstək verən qardaş ölkələri təbrik edir, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin