MƏRHƏLƏLİ QAYIDIŞ YANAŞMASI…

0

Qərbi Azərbaycan bölgəmiz ermənilərə mərhələlərlə verilib. Hər bir mərhələ heç bir qanuna, hüquqi prosedura aidiyyatı olmayan qaydalarla, zorakılıqla, insanlarımızı etnik mənsubiyyətinə görə təmizləməklə, soyqırımlarla, deportasiyalarla və s. həyata keçirilib.Hər bir mərhələni ayrı hüquqi baxımdan, tarixi- etnik baxımdan işləmək və ilk öncə məsələlər qaldırmaq lazımdır.

Ermənistan cəmiyyəti son illərədək yaşadıqları və Hayastan adlandırdıqları məkanın tarixi Azərbaycan torpaqları olduğunu bilmirdilər. Əksinə dənizdən- dənizə nağılları ilə yaşayırdılar. Apardığımız işlər, Prezidentimizin ali kürsülərdə tarixi torpaqlarımızıa qayıdışla bağlı fikirləri artıq bu gün ermənilərin narahatlığına səbəb olmuşdur.

Ermənistanda ən ciddi qəbul edilən siyasilərin bu günlər narahatlıqla Zəngəzur, Göyçə barədə narahat çıxışları deyilənləri təsdiq edir…

Biz torpaqlarımızda qanunsuz olaraq Ermənistan yaradılması və bizdə qalan torpaqlarımızın hissə-hissə ermənilərə verilməsi, bağışlanılması mərhələlərinə uyğun olaraq SONDAN – ƏVVƏLƏ prinsipi ilə getməli, torpaqlarımızı tələb etməliyik.

Bu fəaliyyət Qarabağımızda mövcud narahat məqamların ortadan qaldırılmasına da xidmət edəcəkdir.

Qərbi Azərbaycan İcması sədrinin ideoloji məsələlər üzrə müavini Mirfaiq Mirheydərli

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin