“Fransanın həmsədr kimi fəaliyyətinə son qoyulmlıdır” – Deputat

0

“Son hadisələr Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulmasını labüd edib”.

“Yeni Gündəm” xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev deyib. O, bildirib ki, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul edilməsi beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır.

“Təcavüzkar ölkənin törətdiyi terror aktlarına, soyqırımına, dinc əhaliyə qarşı amansızlığına, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına olan laqeyd münasibət Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramını açıq-aydın ortaya qoydu.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il səssiz qalan Fransa Senatının son qərəzli mövqeyi bu ölkənin faşizm ideologiyasından qidalanan Ermənistana dəstəyinin növbəti nümayişidir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatdan sonra da Fransanın ciddi şəkildə narahat olması da bu ölkə rəhbərlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduqlarını sübut etdi. Münaqişənin həllinə birbaşa cavabdeh olan Fransa ilk günündən qeyri-obyektiv mövqe tutdu, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyərək işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Fransa Senatının qəbul etdiyi Qətnamədə Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittihamı, Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi kimi böhtanları heç bir sübutla təsdiq olunmamış iddialardır.

Fransa Senatı hətta utanmadan münaqişə bölgəsinə yaxın və oradan kilometrlərlə uzaqda yerləşən kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutan, dinc sakinlərin qətlə yetirilməsini, mülki obyektlərə, enerji və nəqliyyat infrastrukturuna ciddi ziyan vuran, hərbi təxribatlar törədən Ermənistanı qınamaq əvəzinə Azərbaycanı günahlandırır”. Yenisabah.az

 

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin