Anar Məmmədov: “Qarabağ Dirçəliş Fondu” xalqımızın həmrəylik rəmzinə çevriləcək

0

44 gün davam edən İkinci Qarabağ müharibəsinin Qələbəmizlə başa çatması ilk növbədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, daha sonra qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin canı-qanı bahasına, bütövlükdə xalqımızın əzmi, iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi hesabına əldə edildi. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan heç vaxt indiki qədər qüdrətli olmamışdır. Xalqımız və dövlətimiz 44 günlük müharibə zamanı “dəmir yumruq” ilə işğalçıların, erməni faşizminin başını əzdi. Eyni zamanda, müharibə zamanı və ondan sonra Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, erməni yalanları, Ermənistanın hərbi cinayətləri ifşa olundu.

Bu barədə “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Millət vəkili həmçinin qeyd edib ki, indi bizim qarşımızda duran əsas vəzifə işğalçı tərəfindən törədilmiş vandalizmə cavab olaraq Qarabağımızda əvvəlki həyatı geri qaytarmaqdır. 30 ilə yaxındır o ərazilər işğal altında idi və o ərazilərdə infrastruktur demək olar ki, tamamilə sıradan çıxarılıb. Bu baxımdan Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” doğma torpaqlarımızda ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edəcək. Bu rayonların zəngin təbii sərvətləri, yardılacaq yeni iqtisadi infrastruktur, yeni kommunikasiya xəttləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin rifahına öz müsbət təsirini göstərəcək. Fərmana əsasən, ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirəcək “Qarabağ Dirçəliş Fondu”nun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Bu, bir daha Azərbaycan xalqının gücünü nümayiş etdirir və hər bir Azərbaycan vətəndaşında ciddi əminlik yaradır ki, həmin torpaqlar bundan sonra heç bir halda erməni tapdağında qalmayacaq. Artıq bizim üçün yeni inkişaf və quruculuq dövrü başlayıb. Bu dövrdə hər bir Azərbaycan vətəndaşı həmrəy şəkildə bütün imkanlarını səfərbər edəcək və dağıdılmış şəhərlərdə, kəndlərdə əvvəlki həyatı bərpa edəcək. Bu mənada, “Qarabağ Dirçəliş Fondu” Böyük Qayıdışı təmin edən dəmir yumruq kimi xalqımızın həmrəylik rəmzinə çevriləcək.

Hər gün bunu etsəniz qurdlar 3 günə töküləcək...

Hər gün bunu etsəniz qurdlar 3 günə töküləcək…

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? - Hər gün.

Parazitlərdən (qurdlardan) necə xilas olmaq olar? – Hər gün.

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq...

Hər gün bunu etsəniz qurdlar sürətlə məhv olacaq…

Prostatit çox təhlükəlidir! - Bu xəbəri mütləq oxuyun...

Prostatit çox təhlükəlidir! – Bu xəbəri mütləq oxuyun…

Həkimlər şokda. 28 günə prostatiti bu vasitə...

Həkimlər şokda. 28 günə prostatiti bu vasitə…

Prostatit və cinsi zəiflik? - 28 gün ərzində xilas olun

Prostatit və cinsi zəiflik? – 28 gün ərzində xilas olun

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin