Seçicilərim üçün daha bir xoş XƏBƏR -RAMİN MƏMMƏDOV

0

Milli Məclisin deputatı Ramin Məmmədov ötən il Sabirabad rayonu Qaragünəy kənd 1 saylı orta məktəbin köhnə tədris korpusuna baxış keçirmişdi.1935-ci ildə inşa olunan tədris korpusunun istismar üçün yararsız halda olduğunu görmüşüdü.

Ramin Məmmədov istismar üçün yararsız məktəbə baxış keçirdikdən sonra Təhsil Nazirliyi, həm də digər əlaqədar dövlət qurumları ilə geniş müzakirələr aparmışdı.

Nəticə olaraq, qeyd olunan məktəbin yeni tədris korpusunun inşası ilə bağlı qısa müddət ərzində layihələndirmə və tikinti işlərinə start verilib.
Təxminən iki ay ərzində Qaragünəy kəndində yeni və müasir tələblərə uyğun olan tədris korpusu istifadəyə veriləcək. Bu məktəbin inşası son illər ərzində dövlətimiz tərəfindən 3500-dən çox məktəbin inşa və təmir edilməsi işləri çərçivəsində həyata keçirilir.
Milli Məclisin deputatı Ramin Məmmədov fürsətdən istifadə edərək, seçiciləri və şəxsən öz adından Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollektivinə sərgilədikləri çevik və həssas münasibətə görə dərin təşəkkürünü bildirib.

Bir bir veya daha fazla kişi ve iç mekan görseli olabilir
Bir ayakta, ağaç ve çim görseli olabilir
Bir açık hava görseli olabilir
Bir ağaç ve açık hava görseli olabilir

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin