Arzu Bağırova şəhid Nurlan Əbilovun ailəsini ziyarət etdi – FOTOLAR

0

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyini”nin sədri Arzu Bağırova şəhid Nurlan Əbilovun ailəsini ziyarət etdi.

“Yeni Gündəm”-in məlumatına görə, sədr Arzu Bağırova Masallının ziyalı xanımları ilə birlikdə şəhid Nurlan Əbilovun ailəsini ziyarət etdib, qayğıları ilə maraqlandı.

Xanım sədr çıxışında qeyd etdi ki, şəhidimiz Nurlanın vətənə və bizlərə ailəsi, 3-5 yaşlarında iki oğul balası əmanət qaldı.Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaətlə döyüşən və böyük qəhrəmanlıq göstərərək şəhid olan Nurlan Əbilovun keçdiyi şərəfli döyüş yolu gənc nəslə nümunədir.

Qeyd edək ki, Nurlan Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb, 8 oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə başından ağır yaralanmışdı. 6 aydır komada olan Vətən müharibəsi iştirakçısı, Masallının qəhrəman oğlu Nurlan Əbilov 26 yaşında möcüzə gözlədiyiz halda şəhidlik zirvəsinə ucaldı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nur içində yatsınlar.!

Nurlan kimi qəhrəman oğullarımızla fəxr edirik!

 

 

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin