Qərbi Azərbaycan İcması Ankara nümayəndəliyi 24 aprel tarixində qondarma erməni soyqırımı məsələsiilə bağlı virtual konfrans keçirdi

0

Qərbi Azərbaycan İcmasının Ankara təmsilçiliyi dünən “Erməni yalanları: qələbədən sonra ortaya çıxan tarixi faktlar” adlı virtual konfrans keçirbi. Ankarabaku.com-un verdiyi məlumata görə, Azərbaycandan, Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan yazıçıların, tədqiqatçıların, elm adamlarının, mövzu ilə tanış olmaq istəyən universitet tələbələrinin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən yazıcı-tədqiqatçı, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr. Derya Akdemir iclasda iştirak edən hər kəsi salamlayıb və bütün dünyadakı türklərin əsassız erməni iddialarına qarşı güclərini birləşdirməli olduğuna diqqəti yönəldib. Erməni yalanlarına qarşı milli mübarizə ruhu ilə və heç bir qorxu olmadan mübarizə aparmanın vacibliyini vurğulayan yazıçı bəzi ölkələrin ermənilərin yalan iddialarına inandığını və bunun da bu ölkələrin həyata keçirdiyi ikili standart siyasətindən qaynaqlandığını qeyd edib. Dr. Derya Akdemir şanlı Azərbaycan ordusunun qələbəsinə də toxundu və bu qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişdiyini və dünyanın artıq hadisələrə fərqli bir baxış bucağı ilə baxmalı olduğumuzu bildirib.

Bundan sonra çıxış edən millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Dos. Dr. Əziz Ələkbərli ilk növbədə bütün iştirakçıları qələbə münasibətilə təbrik edib və hər il aprelin 24-dən əvvəl və o gün ermənilərin davamlı olaraq yalanlarla üstümüzə hücuma keçdiyinə diqqət çəkib. Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili ermənilərin bu torpaqlarda heç bir şəkildə soyqırıma məruz qalmadıqlarını, əksinə bölgədə soyqırım həyata keçirdiklərini söyləyərək, bu ərazilərdə ermənilərin törətdikləri soyqırımların izlərini görə biləcəyimizi qeyd edib: “Məsələn, Zəngəzur … tariximiz o torpaqlarda yatır. Ermənilərin bu torpaqlara köçürülməsinin cəmi yüz illik tarixi var ”deyən Ələkbərli çıxışını belə davam etdirib:“ Sovet dövlətinin ilk illərində bu torpaqlar Azərbaycandan zorla alınaraq ermənilərə verildi. Daha sonra, 70 illik Sovet dövründə bu torpaqlar erməniləşdirildi. 1988-1991-ci illərdə bölgədəki 61 kənddən azərbaycanlılar vəhşicəsinə deportasiya edildi. Ermənilər bunu indi qəbul etmək istəmirlər, amma azərbaycanlıların kəndlərinə qayıtmaları və öz evlərində yaşamaları üçün ilk mərhələdə şərait yaradılmalıdır. Əks təqdirdə, o torpağa qayıtmağın yolunu biz onsuz da bilirik. Zəngəzurun Azərbaycana qaytarılması türk dünyası üçün də böyük əhəmiyyət kəsb edir, türklər böyük Avrasiya qitəsinin tarixi sakinləridir və bu bölgədəki xalqların əksəriyyəti türklərdən ayrılmış və ya doğulmuşdur. Ümid edirəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tez-tez dediyi kimi, biz o tarixi torpaqlarımıza bir gün mütləq geri qayıdacağıq”.
Ermənilər tərəfindən törədilən soyqırıma laqeyd yanaşa bilmədiyini deyən digər bir natiq Kahramanmaraş Südcü İmam Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Bölümünün dekanı Prof.Dr.Toğrul İsmayıl ermənilərin yüz ildir qondarma soyqırım iddiaları Türkiyəni hər platformada çətin vəziyyətə salmaq üçün səy göstərdiklərini, təəssüf ki, hərəkətlərinin dünya ictimaiyyəti tərəfindən gündəmə gətirilmədiyini ifadə edib. Prof. Dr. İsmayıl illərdir ermənilərə “Azərbaycan torpaqlarının işğalından imtina edin. Yoxsa fəlakətlə üzləşəcəksiniz!” – dediyimizi, lakin Ermənilərin bundan nəticə çıxarmadıqlarını və bu gün həqiqətən çətin vəziyyətdə olduqlarını vurğulayıb. Hər il aprelin 24-də ermənilər haqqında müxtəlif şəxslərin dilindən kədərli sözlər eşitsək də, amma bu sözlərin və hətta Türkiyənin haqqında veriləcək qərarın belə beynəlxalq hüquqa görə nə Türkiyəyə, nə Azərbaycana ciddi mənada təsir etməyəcək deyən mütəxəssis mövzunun geosiyasi tərəfi ilə bağlı iştirakçılara geniş məlumat verib.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Milli Müdafiə Nazirliyinin keçmiş hərbi müşaviri təqaüddə olan general Yücel Karauz konfransda 1915-ci il hadisələrinə keçməmişdən əvvəl qardaş Azərbaycan xalqını və bütün Türk dünyasını əldə olunan qələbə münasibəti ilə təbrik edib. O dövrdə baş verən bəzi hadisələrə diqqət çəkən Karauz, ermənilər deportasiya edilərkən Daxili İşlər Naziri Tələt bəyin dəfələrlə bu deportasiyanın məqsədinin erməniləri yox etmək və ya cəzalandırmaq yox, onların daha təhlükəsiz yerlərə köçürülməsini təmin etmək olduğu ilə bağlı yazı yazdığını qeyd edərək eyni zamanda bu teleqramlarda ermənilərə hücum edənlərin və onlarla pis rəftar edənlərin tutulacağını və cəzalandırılacağının, ermənilərlə pis rəftar edən qubernatorlar və alt-qubernatorların da cəzalandırılacağının yazıldığını deyib: ”Biz hər zaman ermənilərə buyurun gəlin, arxivləri açaq, görək nə yazılır demişik, amma etmədilər bunu! Müharibə zamanı, 1915 və 1916 məhkəmələrində niyə otuzdan çox Osmanlı əsgəri və idarəçisi mühakimə olunur sizcə: Ermənilərlə pis davrandığına görə… Bəs bu Allah eşqinə necə soyqırımdır? Soyqırımın nə olduğunu bilmək istəyirlərsə, bu coğrafiyada etdiklərinə baxmaq onlar üçün, bizim üçün də kifayət olacaq”.

    

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin