Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyi Şəhid Mayor Anar Novruzov haqqında film hazırladı – FOTO VİDEO

0

Masallının Qəhrəman şəhidi Anar Novruzov haqqında film çəkildi.

Cənubunsəsi.az xəbər verir ki, filmdə şəhid Mayorumuz Anar Novruzovun ailəsi,yaxınları,hərbiçi yoldaşları və silahdaşları,dostları, sinif yoldaşları,birlikdə şəhidlik zirvəsinə ucalmış döyüş yoldaşlarının valideynləri, Millət Vəkilləri ,tanınmış ziyalılar çəkilmişdir. Filmdə Anar Novruzovun həyatından,keçdiyi döyüş yolundan və şəhidlik zirvəsinə necə yüksəldiyindən bəhs edilir.Filmin rejissoru və Ssenari müəllifi jurnalist Mərhəmət Lələyev, video və  montajı Nurşad Bayramov, fotoqrafı isə Rəşad Fərəcovdur.

Qeyd edək ki,çəkilişi 3 aydır davam edən film 2 gün öncə tam hazır şəkildə şəhidimizin  qardaşı Sucəddin Novruzova təhvil verilib.

Film , Şəhid Anar Novruzovun qardaşı, beynəlxalq dərəcəli auditor Sucəddin Novruzovun təşəbbüsü ilə “Masallınınsəsi”  azad media qurumunun rəhbəri Mərhəmət Lələyevin və   Regional Hüquqi İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə hazırlanmışdır.

Filmin təqdimatı şəhidimizin doğum günündə yəni,12 May 2021-ci il tarixinə nəzərdə tutulub. Daha sonra film,Masallı rayon Heydər Əliyev mərkəzində, Masallı “ASAN” kino klubunda , Rayon Mədəniyyət Mərkəzində pandemiya qaydalarında uyğun olaraq ictimaiyyətə və rayon gənclərinə,eləcədə televiziya ekranlarında ,Youtube və sosial mediya üzərindən təqdim ediləcəkdir.

Şəhidimizin  qardaşı Sucəddin Novruzov Cənubunsəsi.az xəbər portalına  açıqlamasında bildirmişdir ki ,”Həqiqətən bu qürur verici hissdir  ki,  qardaşım Anarın “45”illiyinə  həsr olunmuş,  rayonumuzun gənc jurnalisti,  rejissoru film hazırlamışdır. Çəkilən filmə görə ailəmiz adından Mərhəmət Lələyevə başda olmaqla onun kollektivinə öz dərin  minnətdarlığımı  bildirirəm.  Onuda qeyd edim ki, qardaşım Anarın  “45” illiyinə  Azərbaycan yazıçılar birliyinin üzvü, Prezident təqaüdçüsü, şairə-publisist Güləmail Muradın (İsayeva) “Akula ləqəbli kəşfiyyatçı” kitabı da hazırlanmışdır.Biz hazırda Anarın cənnətdəki ilk doğum gününə hazırlıq işləri görürük.Pandemiya qaydalarına uyğun olaraq məktəblilərin hazırladıqları  kompozisiyalar,  çəkilən filmi və kitabla tanışlıq Anarın doğum günündə olacaq. “

Filmin çəkliş  müddətində çəkilən xatirə şəkillər

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin