Xəzərdə batan 29 yaşlı gəncin meyiti tapıldı

0

Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.

Siyasi.az-ın məlumatına görə, rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.

Faktla bağlı araşdırma aparılır.

Siyasi.az

 

Şərh yazın

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin