Şənbə, İyun 19, 2021
Ev Blog Səhifə 239

Elşən Gəncəvi seçki günü məntəqələrdə olub (FOTOLAR)

0

9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçki günü məntəqələrdə olub.

Siyasi.az xəbər verir ki, keçirilən seçkilərdə namizəd Elşən Gəncəvi müxtəlif seçki məntəqələrinə baş çəkərək, məntəqə sədrinə, məntəqə üzvlərinə, müşahidəçilərə və əməyi olan hər kəsə uğurlar arzulayıb. Namizədin vəkilləri və müşahidəçiləri də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin məntəqələrində fəal iştirak ediblər.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Siyasi.az

 

Əhaliyə XƏBƏRDARLIQ – Qapınızı döyüb 15 AZN istəsələr, verməyin!

0

Bakı şəhərinin Qaradağ rayonu ərazisində dələduzlar peyda olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bir neçə şəxs rayon ərazisində mənzillərin qapısını döyərək özlərini “Azəriqaz”ın əməkdaşları kimi təqdim edir və smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi xidmətini təklif edirlər.

Məlumatda deyilir ki, onlar Nizami və Nərimanov rayonlarında hələlik bəlli olan 4 mənzildə olub və smart-kartların vaxtının bitdiyini deyərək vətəndaşlardan hər birindən 15 manat pul alıblar: “Daha sonra zərəçəkmiş abonentlər Birliyin yerli qurumlarına müraciət edərək başlarına gələnləri danışıblar”.

“Azəriqaz” qazdan istifadə edən abonentlərin nəzərinə çatdırır ki, smart-kart tipli sayğacların kartlarının istifadə müddəti yoxdur:
“Zədələnmədiyi və itirilmədiyi halda daim istifadə oluna bilər. Əgər abonent kartını itiribsə və ya hansısa səbəbdən zədələnibsə, onda “ASAN Kommunal” mərkəzləri və Birliyin rayonlar üzrə xidmət sahələrinə müraciət etməklə kartın yenisini əldə etmək olar.

Bunun üçün “ASAN Kommunal” mərkəzlərində bank vasitəsilə, xidmət sahələrində isə ödəniş terminalları ilə 10 manat rüsum ödəmək lazım gəlir”.

Qurum bir daha bəyan edir ki, “Azəriqaz”ın əməkdaşları abonentin yaşadığı ünvanda xidmətlərə görə hər hansı vəsait ala bilməz və belə səlahiyyət sahibi deyil:

“Əgər bu kimi hallarla rastlaşarsınızsa, əvvəlcə həmin şəxsin xidməti vəsiqəsini tələb edə, daha sonra Birliyin 104/185 Çağrı mərkəzlərinə məlumat verə bilərsiniz”.

MSK İqbal Ağazadənin şikayətini DSK-ya göndərdi

0

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Siyasi.az APA-ya istinadən xəbər verir ki, iclasda Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxılıb.

MSK prosedura uyğun olaraq müraciətə müvafiq dairə seçki komissiyasında baxılması barədə qərar verib.

Qeyd edək ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.

Prezident parlament seçkilərindən danışdı

0

Prezidenti İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Siyasi.az xəbər verir ki, dövlət başçısı görüşdə ötən gün keçirilən parlament seçkilərindən danışıb:

“Doğrudan da bu seçkilər çox önəmli idi. Çünki bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin. Çünki həm struktur islahatları aparıldı, həm hökumət, həm Prezident Administrasiyası yenidən formalaşdırıldı və əlbəttə ki, Milli Məclis bu işlərdən kənarda qala bilməzdi. Ona görə əminəm ki, bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq. Çünki bizim qanunvericiliyimiz ölkəmizin artan sürətinə uyğun olmalıdır. Eyni zamanda, bizim beynəlxalq əlaqələrimiz də genişlənir və Azərbaycanın millət vəkilləri ölkəmizi bundan sonra da beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil etməlidirlər.

İndi bütövlükdə ölkəmizdə gəncləşmə siyasəti aparılır. Ancaq bu da çox düşünülmüş formada olmalıdır. Yaşlı nəslin təcrübəsi, gənclərin innovasiyaya meyilli olması, onların bilikləri, müasir proseslərə diqqətin yetirilməsi – bax, biz bu vəhdətin təşkil edilməsi üçün çalışırıq. Hesab edirəm ki, buna nail olmuşuq. Mənə verilən məlumata görə, seçkilər ölkə ərazisində çox sakit keçdi, qanunvericilik çərçivəsində, hər hansı bir narahatedici məqam olmadı. Bu seçkilərə çox böyük maraq var idi. Çünki mən xatırlamıram ki, Azərbaycanda keçirilmiş hansısa parlament seçkisində 1300-dən çox namizəd olsun. Yəni, bu, özlüyündə onu göstərir ki, seçkilər rəqabət şəraitində keçirildi və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildi. Bu qədər namizədin olması seçkilərə inamın təzahürüdür. Çünki əgər inam olmasaydı, bu adamlar bəlkə də seçkilərə qatılmazdılar. Ona görə bu seçkilərin xüsusi rolu var.

O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür.

Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, – bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur.

Bu seçki prosesində müşahidəçi kimi qardaş Türkiyənin nümayəndələrinin iştirakı bizi xüsusilə sevindirir. Bir daha sizə təşəkkürümü bildirirəm. Əminəm ki, Türkiyə Böyük Millət Məclisindəki Azərbaycan-Türkiyə dostluq qrupu bundan sonra da iki ölkə arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verəcək və siz də qeyd etdiyiniz kimi, mən də buna tam əminəm ki, Türkiyə parlamentinin istənilən üzvü Azərbaycanla dostluq qrupunun üzvüdür. Çünki bizdə də eyni yanaşmadır. Biz bundan sonra da birlikdə böyük işləri davam etdirəcəyik”.

Dövlət Komitəsində görüş keçirilib

0

Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı 09 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfər edən bir qrup siyasətçi və jurnalistlərlə görüşlər keçirib.

Komitədən Siyasi.az-a verilən məlumata görə, görüşlərdə qonaqlara ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi barədə məlumat verilib.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan dünyəvi, demokratik, hüquqi dövlətdir və bu Konstitusiyada öz əksini tapıb. Ölkəmizdə 35-i qeyri-müsəlman təmayüllü olmaqla 941 dini icma dövlət qeydiyyatına alınıb, 2250-dən çox məscid, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Azərbaycanda pravoslav, katolik, lüteran və protestant, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayırlar, həmçinin yəhudilər ölkəmizdə 8 icma ilə təmsil olunublar.

Görüş iştirakçıları ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərinin mövcud qanunvericiliyə uyğun olaraq azad, demokratik, şəffaf şəraitdə keçirildiyini bildiriblər. Eyni zamanda, Azərbaycandakı dini rəngarənglik, multikultural və həmrəylik mühitinə heyranlıqlarını dilə gətirən qonaqlar dövlətimizin tarixən gələn tolerant dəyərlərin qorunması, təşviqi istiqamətində həyata keçirdiyi siyasəti təqdir etdiklərini qeyd ediblər.

Daha sonra Mübariz Qurbanlı qonaqların ölkəmizin nümunəvi din siyasətinin uğurları, ölkəmizi xarici yad ideologiyaların təsirindən qoruma yolları və dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlər barədə suallarını cavablandırıb.

Sonda qonaqlara Dövlət Komitəsinin ingilis və rus dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühiti, dinlərin tarixi və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar təqdim edilib.

Qeyd edək ki, görüşlərdə İsveçin “Nya Tider”, Fransanın L’Incorrect, Almaniyanın “Contact Magazine”, Polşanın “Mysl Polska”, İtaliyanın “II Sole 24”, Belçikanın “EU Observer” nəşrlərinin əməkdaşları, Polşa Parlamentinin üzvü Katarzina Ueberhan, Rusiya Dövlət Dumasının üzvü Ramin Qasımov və Dövlət Dumasındakı LDPR fraksiyasının rəhbərinin müşaviri Aleksey Bıçkov, “Dialogue for Europe” QHT-sinin rəhbəri Eli Hadzhieva iştirak ediblər.

“Din araşdırmaları” jurnalı fəlsəfə üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib

0

“Din araşdırmaları” jurnalı fəlsəfə üzrə elmi Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən fəlsəfə üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Siyasi.az ın məlumatına görə,Baş redaktoru İnstitutun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olan “Din araşdırmaları” jurnalının dərc edilməsində məqsəd ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış mütəxəssislərdir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin nəşrinə üstünlük verir. Akademik nəşrlərin ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biri olduğunu nəzərə alaraq, Aİİ gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsini nəzərdə tutur.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb. İldə iki dəfə nəşr olunan “Din araşdırmaları” jurnalında bir çox alimin dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərdən tədqiq etdiyi sanballı məqalələri çap olunur.

 

BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Azərbaycanın müvafiq qurumları Sərnişinlərə dair ilkin Məlumat üzrə birgə çalışırlar

0

BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı və Azərbaycanın müvafiq qurumları Sərnişinlərə dair ilkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri tətbiqi üzrə birgə çalışırlar

Siyasi.az ın məlumatına görəFevralın 5-7 aralığında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) təşkil etdiyi seminarın əsas mövzusu gəlişdən əvvəl sərnişinlər və ekipaj üzvləri haqqında məlumat toplamaq, hamını səyahətini asanlaşdırmaq və sərhəd nəzarətini yaxşılaşdırmağa imkan verən Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemləri idi. BMqT, Birləşmiş Millətlər Təşkilatının Terrorla Mübarizə İdarəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının ekspertlərinin apardığı seminarın işində Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin, ASAN Viza, AZAL, SilkWay və s. şirkətlərin 25-ə yaxın nümayəndələri iştirak edirdi.

BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, seminarın bütün müvafiq dövlət qurumları tərəfindən istifadə edilə bilinən məlumat toplama sisteminə ehtiyacı olan Azərbaycan üçün son dərəcə faydalı olduğunu söylədi: “Seminar zamanı API və PNR sistemlərinin əsas dəyərləri və faydaları beynəlxalq ekspertlər tərəfindən və beynəlxalq standartlar çərçivəsində təqdim edilir. Bu seminarın nəticəsi dövlət qurumlarına qurumlararası əməkdaşlığı daha da artırmaqda maraqlı edəcək, API və PNR-ın tətbiqi üçün yol xəritəsinin layihəsini yaratmağa kömək edəcəkdir”.

BMT-nin Terrorla Mübarizə İdarəsinin təmsilçisi Simon Deqinan, seminarın yerli qurumların nümayəndələrinə sərnişin məlumatlarının qabaqcadan toplanmasının hüquq mühafizə, sərhəd təhlükəsizliyi, gömrük və kəşfiyyat üçün faydalarını öyrənmə fürsəti verdiyini söylədi: “Bu seminar BMqT, BMT-nin Terrorla Mübarizə İdarəsi, Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının Azərbaycan hökumətinə milli, sərhəd təhlükəsizliyini, terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qabiliyyətinin yaxşılaşdırılmasına dəstək vermək üçün üçtərəfli birgə təşəbbüsünün nəticədir”.

Böyük Britaniyanın Səhrəd Mühafizə Direktoratlığından Ceyn Vulli, seminarın API / PNR ilə əlaqəli Azərbaycanın hökumətinin ehtiyaclarını başa düşmək və bütün müvafiq dövlət qurumları ilə birgə işləmək üçün əla bir fürsət olduğunu bildirdi.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov bu birgə tədbirin müvafiq dövlət qurumlarının potensialının artırılması, risklərin idarəolunması, sərhəd təhlükəsizliyi ilə bağlı təcrübə və fikir mübadiləsi, müasir texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq baxımından vacib olduğunu qeyd etdi.

Bakıda keçirilən seminar zamanı xarici və yerli ekspertlər tərəfindən ən yaxşı təcrübə və məlumatlar iştirakçılarla paylaşıldı.

Tədbir BMqT İnkişaf Fondu tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində baş tutmuşdur.

Əlil suriyalılar cəmiyyətə qazandırılır

0

Suriyada 9 ildir davam edən vətəndaş müharibəsindən qaçaraq Türkiyədə həyat mübarizəsi aparan suriyalıların ən məhdud imkanlı qrupunu əlillər təşkil edir.

Siyasi.az xəbər verir ki, Şanlıurfa Böyükşəhər Bələdiyyəsi Suriyadakı müharibədən zərər görən qadın, kişi, gənc, yaşlı olmaqla yüzlərlə insanın həyatına müxtəlif sosial layihələrlə toxunmağa çalışır. Bu çərçivədə fiziki və əqli qüsurlu insanlara pulsuz türk dili dərsləri, kompüter, idman və müstəqil həyat bacarıqları kursları və sosial aktivitələr təşkil edilir, psixoloji dəstək verilir.

Türk dilində danışan suriyalı Səkinə Hıdır bu mərkəzdə olmaqdan və kurslarda iştirak etməkdən məmnun olduğunu bildirib.

Kurslar sayəsində türk dilində oxumağı, yazmağı öyrəndiyini və müxtəlif kurslarda iştirak etmək imkanı əldə etdiyini söyləyən S.Hıdır “Bu kurs sayəsində indi türk dilində danışa bilirəm və bu məni çox sevindirir. Burada özümü çox xoşbəxt hiss edirəm, çünki yeni dostlarla tanış olmuşam və onlarla vaxt keçirib, müxtəlif oyunlar oynayıram. Bizə bu imkanı yaratdığına görə bütün səlahiyyətli şəxslərə təşəkkür edirəm”, – deyə bildirib.

Kursda çox xoşbəxt olduğunu söyləyən Münir Əsgər də boyama ilə məşğul olduğunu və burada tanış olduğu dostları ilə müxtəlif oyunlar oynadığını qeyd edib.

Kürdəmir rayonundakı qeyri-qanuni seçki – Eksklüziv – Jurnalistlər təhqir, tənqid olundu, rüşvət təklif edildi, hədə-qorxuya məruz qaldılar – VİDEO – FOTOLAR

0

9 fevralda keçirilən VI çağırış parlament seçkiləri  ən “yaradıcı” hadisələrlə yadda qalıb. Əsas qanun pozuntuları məhz Kürdəmir rayonunda baş verib. Belə ki, seçkiləri könüllü şəkildə izləyən bir qrup media nümayəndəsi tərəfindən qeydə alınıb.

Öncə ondan başlayaq ki, KİV nümayəndəsi qarı, soyuğu, şaxtanı nəzərə almadan könüllü surətdə seçkiləri izləmək üçün məntəqələrə yollanıb. Seçki ərəfəsində qarşıları alınan, polisə verilən, məntəqələrdən qovulub çıxarılan jurnalistlər öz hüquqlarını anlatmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Qeyd edək ki, seçicilər arasında təkrar səsvermə halları həddindən çox olub. Bundan başqa, nədənsə kameramanlardan ehtiyat edən məntəqə sədrləri kobudcasına, qaba davranışla, bəzən isə təhqiredici kəlmələrlə onları çölə çıxarıblar. Bacarmadıqda isə harasa zəng vuraraq, naməlum şəxsləri məntəqəyə çağırtdırıblar. Beləcə, qanunlarımıza, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin göstərişlərinə zidd olaraq media nümayəndələrinin işi`nə maneə törədiblər. Onu da əlavə edək ki, Kürdəmirdəki məntəqə rəhbərləri arasında hətta jurnalistləri otağa dəvət edib, rüşvət təklif edənlər də az olmayıb.

Ən maraqlısı isə bəzi media nümayəndələrinin seçkilərdə iştirakı aktlaşdırılıb. Guya onlar seçkilərdə qeyri qanuni şəkildə iştirak edirlər. Halbuki, normal düşüncəyə malik olan adam da bilir ki, jurnalistlərin seçkiləri sərbəst izləmə, qeydiyyat aparma hüququ var.

Jurnalistlərin aşkar etdiyi nöqsanlara gəlincə, bəzi məntəqələrdə səs vermək üçün iki nəfərin bir kobinəyə daxil olması, bülletenlərin əvvəlcədən kəsilib gətirilməsi, onların ümumi dəstədə sayının az olması, bir nəfərin bir neçə vətəndaşın şəxsiyyət vəsiqəsi ilə səsverməyə qatılması,  gələnlərin barmağına xüsusi xəbərdaredici mayenin vurulmaması və seçicilərin hansı namizədə səs verəcəklərinə kodlu danışıq və mimikalarla yönəldilməsi və sair kimi qanun pozuntuları…

Seçki prosesində müşahidəçilərə qarşı xüsusi aqresiya və təzyiq də nümayiş etdiriliib. Onlar demək olar ki, bülletenlərə yaxın buraxılmayıblar, sözün əsl mənasında mədəni surətdə məntəqələrin otaqlarından kənarlaşdırılıblar. Bu hallar Kürdəmirin bir neçə – 2, 4, 10, 14, 19, 20, 33 və digər seçki məntəqəsində xüsusilə hiss olunub.

Maraqlıdır ki, 5 saylı seçki dairəsində müəllimələr, seçkidən əvvəl  digər otağa dəvət olunaraq dırnaqlarına tünd qırmızı rəngli dırnaq boyası çəkilib. Ki, bu da barmaqlarına xüsusi maye vurandan sonra yoxlananda onun təkrar gəldiyi bilinməsin.

Kürdəmir parlament seçkiləri həm də novatorluğu ilə yadda qalıb. Belə ki, “karuselin” ən məşhur versiyaları burada tətbiq edilib. Həmin gün xəstələrin çağırışına getməyə təcili tibbi yardım tapılmayıb, çünki onlar həmin an seçki məntəqələrinə seçiciləri daşımaqla məşğul olublar. KİV nümayəndləri saxtakarlığa yol verilən məntəqələrin sıyahısında 5, 10, 18, 19 saylı məntəqələri xüsusi vurgulayıblar.

Sonda adıçəkilən məntəqələrdən lentə alınan videokadrları təqdim edirik:

Mediapress.az

           

Bu dəfə də fərqlənməyi bacardılar… – Fotolar

0

Xəbər veridiyimiz kimi, ABŞ-ın Los-Anceles şəhərində “Oskar” mükafatının 92-ci təqdimetmə mərasimi baş tutub.

“Yeni Gündəm”in məlumatına görə, mərasimdə şou və mədəniyyət dünyasının ən parlaq simaları iştirak edib.

Qırmızı xalça üzərinə çıxan dünya ulduzları göz qamaşdırıblar.

Billi Porter

Billi Ayliş

Benjamin Milpye və Natali Portman

Kiana Rivz və anası Patrisiya Teylor

Bred Pitt

Leonardo Di Kaprio 

Kamila Morrone (DiKaprionun sevgilisi)

Şarliz Teron

Timoti Şalame

Skarlett Yohansson və Kolin Jost

Blek Çayna

Janel Mone

Qreta Herviq və Noa Baumbax

Sandra O

Avrora Aksnes

Zazi Bits

Lora Dern

Bri Larson

Sintiya Erivo

Rene Zellveqer

XƏBƏR LENTİ

Bölgənin yeni inkişaf dövrü – Zəngəzur dəhlizinin regiona yaradacağı imkanlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışında bildirmişdir ki, “Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini...

Partiyaların bəyanatı xalqın təhlükəsizliyi, əmin-amanlığı və inkişafı üçün böyük töhfə verəcəyinə olan əminliyin göstəricisidir

Azərbaycanda siyasi partiyalar üçün yaradılan bərabər imkanlar dövlət-xalq və siyasi partiyalar birliyini ərsəyə gətirib. Ümummilli məsələlərdə birlik nümayiş etdirilməsi bilavasitə siyasi sferada həyata keçirilən...

Türkiyənin aparıcı şirkəti ilə memorandum imzalanıb: Yeni iş yerləri açılacaq – FOTO

Türkiyənin aparıcı şirkətlərindən olan "Zorlu Holding”lə Anlaşma Memorandumu imzalanıb. Siyasi.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb. O bildirib ki, yeni əməkdaşlıq platforması...

COVİD 19-DAN YENİ ” SURPRİZ”

Peyvənd olunmuş ingilislər COVID-19-un Hindistan ştammından ölməyə başlayıblar. Koronavirusun hind ştammından ölən İngiltərə sakinlərinin üçdə biri, hər iki doz qərb peyvəndi almışlardı. "RİA Novosti”,...

Azərbaycanla Türkiyə arasında Təhsil Körpüsü: Manisafer eTwinning Layihəsi

Azərbaycanla Türkiyə arasında Təhsil Körpüsü: Manisafer eTwinning LayihəsiŞəhid Sərdar Denizər İmam Hatip Orta məktəbindən Habip Arvas və Gəncədəki 22 saylı tam orta məktəbdən Mehriban...

“Təhsil Tələbə Krediti Fondunun yaradılması tələbələrin təhsillərinin mükəlləşməsinə böyük stimul olacaq”

YAP İdarə Heyətinin üzvü, ADTGT sədri Asif Əsgərli: "Təhsil Tələbə Krediti Fondunun yaradılması bir daha onu göstərdi ki, Prezident tələbələrimizin də sosial müdafiəsində hər...

Müstəqilliyimizin əbədiləşdiyi gün

Azərbaycan müstəqilliyini qazandıqdan sonra ölkədə baş verən proseslər xaosa səbəb olmuşdur. Qısa zaman kəsiyində iki oprezident, iki prezidenti əvəzləyənlər və beş baş nazir istefaya...

Müttəfiqlik rəsmiləşdi

İyun ayının 15-də işğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğan ölkələrimiz üçün tarixi əhəmiyyət daşıyan “Azərbaycan...

Beş saat düşmənlə təkbətək döyüşən, ermənilərə qan udduran Mübariz İbrahimov

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun şəhid olmasından 11 il ötür. İslahat.az-ın məlumatına görə, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan...

Vaqif Mustafayevin mülkləri müsadirə olunur? – Ciddi maliyyə pozuntuları aşkarlandı

Hüquq mühafizə orqanları tərəfindən aparılan yoxlamalar zamanı "Space” TV-nin sabiq rəhbəri Vaqif Mustafayevin fəaliyyəti dövrünə aid ciddi maliyyə pozuntuları aşkarlanıb. Siyasi.az xəbər verir ki,bu barədə Demokrat.az-a...