Çərşənbə, Sentyabr 29, 2021
Ev Blog Səhifə 311

Dünyaca məşhur modeldən inanılmaz addım: O, qərarı ilə hamını mat qoydu – FOTO

0

Amerikalı məşhur atlet və model Suzi Favor Hamilton seks işçisi kimi çalışmağa qərar verib.

Xəbərə görə, 49 yaşlı model həyatında ciddi dəyişiklik edib.

O, bu qərarı ilə hamını mat qoyub.

Hamilton hazırda karyerasını bitirərək, Las-Veqasda seks işçisi kimi çalışır və yaşadıqları barədə kitab yazır.

Qeyd edək ki, o, üç dəfə olimpiadalarda iştirak edib. Tanınmış atlet son dəfə 2000-ci il Sidney Olimpiadasında 1500 metrdə yarışıb.

Daha bir güləşçimiz Avropa çempionu oldu

0
İtaliyanın Roma şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb.
Yığma yarışı 2 qızıl və 4 bürünc mükafatla başa vurub.
İkinci medal günündə güləşçilərimiz daha 3 dəfə fəxri kürsüyə qalxıblar. Rafiq Hüseynov 9 ildən sonra ikinci dəfə qitə çempionu tituluna yiyələnibsə, Murad Bazarovla Ülvü Qənizadə 3-cü yeri tutublar.
Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq
İtaliyalı Yakopo Sandrona qalib gəlib, erməni Qevorq Qaribyana uduzan Murad Bazarovun sonuncunun finala yüksəlməsi səbəbindən təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, Avqustin Boyanov Spasovla (Bolqarıstan) dueldə rəqibinə heç bir şans verməyib. 9:1 hesabı ilə qalib gələn Bazarovun bürünc medal uğrundakı rəqibi estoniyalı Helari Miqisalu olub. Güləşçimiz bu dəfə də asan qələbəyə sevinib. Rəqibini vaxtından əvvəl məğlub edən (9:0) Bazarov bürünc medala yiyələnib.
72 kq
Ülvü Qənizadə də Stoyan Stoyçev (Bolqarıstan) üzərində qələbədən sonra almaniyalı Frank Staeblerə məğlub olduğu üçün çıxışını bürünc medal uğrunda davam etdirəcək. O, Staebler finala yüksəldiyindən təsəlliverici görüşdə mübarizə aparıb. Anatoli Popovla (Moldova) üz-üzə gələn həmyerlimizə qələbə üçün cəmi 2 dəqiqə kifayət edib – 8:0. O, 3-cü yer uğrunda görüşdə rusiyalı Adam Kurakla münasibətlərinə aydınlıq gətirib. İlk hissədə 0:1 hesabı ilə geri düşən Qənizadə yekunda 3:1 hesablı qələbə qazanıb və bürünc medala layıq görülüb.
82 kq
Onlardan fərqli, Rafiq Hüseynov final qarşılaşmasına çıxıb. Tirone Sterkenburq (Niderland), Boqdan Kurinnoy (İsveç), Çiro Russonu (İtaliya) məğlub edən pəhləvanımız həlledici görüşdə Daniel Tixomirov Aleksandrovla (Bolqarıstan) üz-üzə gəlib. 9 ildən sonra finala vəsiqə qazanan güləşçi rəqibini məğlub edərək, ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığması Avropa çempionatını 2 qızıl və 4 bürünc medalla başa vurub. Komandamızın heyətində bir gün öncə Sənan Süleymanov (77 kq) çempion tituluna yiyələnib, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) üçüncü yeri tutub.Apasport.az

Neftin bahalaşması davam edir

0

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin aprel müqaviləsinin dəyəri 0,05% artaraq 1 barelə görə 55,82 dollar təşkil edib.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,29% artaraq 51,32 dollar olub.

Çində koronavirusdan ölənlərin sayı 1310 nəfərə çatıb

0

Çinin Hubey vilayətində yeni koronavirusun yayılması nəticəsində xəstələrin sayı 48,2 min nəfəri keçib, onlardan 1310 nəfər həlak olub, 3441 nəfər sağalıb.

Siyasi.az-ın  məlumatına görə  bu barədə bölgənin Gigiyena və sağlamlıq komitəsindən bildirilib.

Yenilənmiş məlumatlara görə, rəsmi ölüm səviyyəsi bir gün əvvəl 2,7% təşkil edib (3,2% bir gün əvvəl).

Fevralın 12-də səhər saatlarında regional hakimiyyət orqanları 33,3 mindən çox xəstə, 1068 həlak olan və 2639 sağalanlar barədə məlumat verib.

 

Komitənin yaydığı açıqlamada qeyd olunub ki, xəstəliyin yayılmasının əsas mənbəyi hesab olunan Hubeyin inzibati mərkəzində Vuhan şəhərində yoluxanların sayı 32.9 min nəfəri keçib.

“Pozuntulara yol verənlər cəzalandırılacaqlar” – Prezident seçkilərdən danışdı

0
“Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.
Siyasi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, parlament seçkiləri rəqabət qabiliyyətli keçib:
“Parlament seçkiləri bir daha onu göstərdi ki,  bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə ən tənqidi mövqedən bizə yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meyilləri qəbul etməyə məcbur olublar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxu da nəticələrini şübhə altına alsın. Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.
Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə seçki prosesi bütün demokratik meyarlara cavab verib. Heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz istəmirik ki, bu pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır”.

Yol polisi vəkillə bağlı görüntülərə görə cərimələndi

0

Bakı şəhər Dövlət Yol Polis İdarəsi vəkil Bəhruz Bayramova 1000 manat təzminat ödəməlidir. Buna səbəb vəkilin sərxoş halda maşın sürdüyünə görə saxlanması haqda məlumatın, sərxoşluq müayinəsindən keçirildiyi görüntülərin saytlarda, telekanallarda yayılmasıdır.

Siyasi.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu barədə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində qərar çıxarılıb. Rauf Talışinskinin sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, Yol Polisi İdarəsi bu məlumatları yaymaqla vəkilin şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərbə vurub.

B.Bayramovun iddiası qismən təmin olunub. O, 300 min manat təzminat, həmin məlumatları yaymış media orqanlarında təkzib verilməsi və Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ondan üzr istəməsini tələb edirdi. Təzminat hissəsində iddiası qismən təmin olunsa da, üzr və təkzib hissəsində iddia rədd edilib. Ona görə də B.Bayramov deyir ki, qərar onu qane etmir, qərardan Ali Məhkəməyə şikayət edəcək.

B.Bayramov məhkəməyə iddiasında da göstərib ki, restoranda ailə üzvlərindən birinin ad gününü qeyd ediblər. Az miqdarda spirtli içki qəbul etdiyinə görə restorandan çıxanda “Ayıq sürücü” xidmətindən sürücü çağırıb. Sürücü gəlib onun avtomobilini idarə edib, onu və yaxınlarını evə aparıb: “Sürücü bizi ünvana çatdırıb gedəndə maşın məhəlləarası küçədə dayanmışdı. Evimə 70 metr qalmışdı. Avtomobilə yaxınlaşanda yol polisinin avtomobili dayandı. Bir nəfər özünü təqdim etmədən bütün sənədlərimi əlimdən zorakılıqla aldı. Ona bildirdim ki, “ayıq sürücü” ilə gəlmişəm və avtomobili də idarə etməmişəm. Məni zorakılıqla yol polisinin avtomobilinə əyləşdirdilər. Yolda zəng vurub çəkiliş kameralarının gəlməsini istədilər. Mənə də dedilər ki, çəkib telekanallarda, mətbuat orqanlarında biabır edəcəklər”.

Vəkilin sözlərinə görə, onu sərxoşluq müayinəsindən keçmək üçün tibbi məntəqəyə gətirib, orada videoya çəkiblər. Daha sonra həmin görüntülər müxtəlif telekanal və saytlarda “Tanınmış vəkil sərxoş tutuldu” başlığı ilə yayımlanıb.

“Videogörüntüləri hissə-hissə montaj edib, çəkilişləri yaymaqda məqsəd məni biabır etmək, işgüzar nüfuzuma zərbə vurmaq olub”, – vəkil belə hesab edir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov isə mətbuata bu məsələni şərh edərkən bildirib ki, vəkil B.Bayramov Yol polisinin fəaliyyətinə kölgə salmaq məqsədilə müxtəlif üsullara əl atır.

B.Bayramovun sərxoş halda avtomobil idarə etməyə görə cəzalandırılması üçün Bakı şəhər Dövlət Yol Polis İdarəsi üç dəfə məhkəməyə müraciət etsə də, üçündə də ərizə geri qaytarılıb. Sonda inzibati xəta ilə bağlı işə xitam verilib.

MSK bu gün toplanır – Yayılan videolar araşdırılır

0

Mərkəzi Seçki Komissiyasının üzvləri fevralın 9-da sosial şəbəkələrdə, o cümlədən,  yutubda yayılan görüntülərlə bağlı ciddi araşdırmalar aparır.

Siyasi.az ın əldə etdiyi məlumata görə, araşdırmalara əsasən, bəzi məntəqələrin, hətta Dairə Seçki Komissiyalarının nəticələrinin ləğv edilməsi gözlənilir.

Artıq Dairə Seçki Komissiyalarının verdiyi qərarlardan narazı olan namizədlərin şikayətləri Mərkəzi Seçki Komissiyasına daxil olmağa başlayıb. Bununla bağlı MSK-nın keçiriləcəyi iclaslardan biri də bu gün təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında gənclərlə görüşü zamanı parlament seçkilərindən də danışıb. Dövlət başçısı pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirib.

Bu arada bildirək ki, Seçki Məcəlləsinə əsasən, ilkin şikayəti məntəqə seçki komissiyasına edilir. Namizəd məntəqənin qərarından narazı qaldıqda Dairə Seçki Komissiyasına, DSK-nın qərarından narazı olduqda Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. Əgər namizəd Mərkəzi Seçki Komissiyasının qərarından da narazı qalarsa, Apelyasiya Məhkəməsinə müraciət edə bilər.  Namizəd DSK-nın qərarını aldıqdan sonra 3 gün müddətində ərizəsini MSK-ya göndərməlidir. Hətta namizədlər Dairə Seçki Komissiyasının hərəkətsizliklərindən də MSK-ya müraciət edə bilər.

Seçki Məcəlləsinə əsasən, seçkilərin nəticələrinin yoxlanılması və yekunvurulması  səsvermə günündən ən geci 20 gün keçənədək, yəni fevralın 29-dək  Konstitusiya Məhkəməsinə təqdim edilməlidir. Konstitusiya Məhkəməsi  müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) seçkilərin nəticələrini təsdiq etməlidir.

“CinemaPlus”da Sevgililər gününə özəl aksiya keçirilir

0

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Cinemazadeh” studiyasının istehsalı olan “Qış nağılı” ən ulduzlu komediyasına yalnız 1 gün – 14 fevral Sevgililər günunə özəl aksiya keçirilir.

Filmin hər iki hissəsindən birinə 1 bilet alana, 2-ci bilet 50% endirimlə təqdim edilir.

Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.

Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir.

Qeyd edək ki, “Cinemazadeh” studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi “Qış nağılı” iki hissədən ibarətdir – “Qış nağılı: Biri vardı, biri yox” və “Qış nağılı: Göydən üç alma düşdü”. Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir.

Qəhrəmanlar isə hekayələrə görə qruplaşdırılıb: Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndi, Dilarə Kazımova, Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov, Şəlalə Şahvaladqızı, İslam Mehrəliyev, Kəmalə Piriyeva, Ceyhun Zeynalov, Nöfəl Şahmaroğlu, Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir, Zemfira Sadıqova, Dəniz Axundzadə, İlkin Həsəni və Tural Əsədov.

Filmdə Türkiyənin ulduzları – məşhur müğənni Halil Sezai və aktrisa Müge Boz da rol alıblar.

Quruluşçu rəssam Zaur Abdullayev, bəstəkar Ruhin Məmmədov (Rino Rhodes), musiqi redaktoru Aynur Axundzadə, geyim üzrə rəssam Mehriban Əfəndi, qrim üzrə rəssəm Aytən Hüseynzadə, post-prodakşn Rüfət Kərimzadə, montaj rejissoru Rüfət Kərimzadə və Vüqar İslamzadə, səs rejissoru Azad Vəliyev və Orxan Ağalarovdur.

Filmin əsas musiqilərini Xalq artistləri – Brilliant Dadaşova, Tünzalə Ağayeva, müğənnilər Elnur Hüseynov, Dilarə Kazımova, Elvin Novruzov (L`veen) və Samirə Əfəndi səsləndiriblər.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Mayor Rəşad Əkbərov vəfat etdi

0

Hərbi Hava Qüvvələrinin pilotu vəfat edib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin texniki heyət üzvü, mayor Rəşad Əkbərov fevralın 11-də evində olarkən qəflətən kəskin ürək-damar çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

“Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Maştağada yerləşən 1 saylı İnternat məktəbindəki ilkin hissə başa çatıb

0

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin Maştağa qəsəbəsi 1 nömrəli internat məktəbi hissəsi uğurla başa çatıb.

İnternat məktəbində keçirilən bağlanış mərasimində “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, “Loqos” un təlimçisi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Məmmədov iştirak ediblər.

Bağlanışda “Loqos” un təlimçisi  Kamran Məmmədov uşaqlara “Motivasiya, şəxsi inkişaf və uğur” adlı təlim keçib. Təlim zamanı bildirilib ki, motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir.

Təlimdən sonra uşaqlar qrup işi hazırlayıb, təqdimat ediblər.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində Maştağa 1 nömrəli internat evində 12 nəfər gəncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilib.

Hal-hazırda Buzovnada 10 nəfər internat gənci ilə psixoloji seanslar davam edir.

  

XƏBƏR LENTİ

Deputat: “Azərbaycan xalqı qürurla Prezidentin ətrafında sıx birləşib”

"44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı, xaricdə yaşayan soydaşlarımız ekran qarşısında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarını böyük maraq və...

Teymur Musayev şəhid ailələri ilə bağlı TAPŞIRIQ VERDİ

"Sanator Kurort Reabilitasiya Mərkəzində şəhid ailələrinin reabilitasiya, müalicə və istirahəti təşkil ediləcək”. Siyasi.az  xəbər verir ki, bunu mərkəzin baş direktoru Mürsəl Mürsəlov deyib. O qeyd edib...

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar...

Siyasi.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciət edib Vədlərinə sadiq qalan Müzəffər Ali...

Ərdoğanla Putin Soçidə Cənubi Qafqazı müzakirə edəcəklər

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlarda Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Siyasi.az xəbər verir ki,...

Azərbaycan xalqının qaməti düzəldi və qüruru özünə qayıtdı

İkinci Qarabağ müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar olaraq 27 sentyabr 2021-ci il tarixində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə...

İlham Əliyev Dövlət Agentliyinə 6,4 milyon manat ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Siyasi.az xəbər verir...

Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilir. Siyasi.az xəbər verir ki, Təhsil Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, bu mərhələyə test...

BNA sabahkı günlə bağlı sürücülərə MÜRACİƏT ETDİ

"Sentybarın 29-da təhsilin bütün pillələri üzrə əyani tədrisin bərpa olunması ilə əlaqədar küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bunu nəzərə...

Zakir Həsənov generala yeni VƏZİFƏ VERDİ – FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib. Siyasi.az  bildirir ki, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Nazirin digər...

Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ

Dünyada son sutka ərzində koronavirusa 180 416 yoluxma hadisəsi qeydə alınıb. Siyasi.az-ın  məlumatına görə, dünyada yeni koronavirusa yoluxanların ümumi sayı 233 012 556 , ölənlərin...