Şənbə, Oktyabr 23, 2021
Ev Blog Səhifə 321

Məşhur şirkət işçilərinin hər birinə 1000 dollar yardım verəcək

0

 

Bütün dünyanı təsiri altına alan koronavirus epidemiyası ilə mübarizə davam edərkən, dünyanın ən məşhur sosial media platformalarından Facebook, daha bir xeyriyyəçiliyə imza atıb.

Siyazi.az xəbər verir ki, Facebook, koronavirus epidemiyasının iqtisadi təsirini azaltmaq üçün, 30-dan çox ölkədəki 30 min kiçik müəssisəsyə 100 milyon dollarlıq nağd hədiyyə və reklam krediti verməyi planlaşdırır.

Şirkət koronavirusa görə bütün işçilərinin hər birinə 1000 dollar yardım da edəcək. Facebook, həm bu sayədə işçilərinin motivasiyasını yüksək saxlayacaq, həm də evdə ofis şəraiti qurmalarına kömək olacaq.

Siyasi.az

Altis Şirkətlər Qrupu Türkiyədə keçirilən beynəlxalq qapı, pəncərə və şüşə sərgisində iştirak edib (FOTOLAR)

0

Altis Şirkətlər Qrupu 04-07 mart 2020-ci ildə, Türkiyənin İstanbul şəhərində yeləşən TÜYAP sərgi mərkəzində keçirilən “21-ci Avrasia Qapı, Pəncərə və Şüşə 2020” (Eurasia Door, Eurasia Windows & Eurasia Glass 2020) beynəlxalq sərgisində iştirak edib. 

Siyasi.az xəbər verir ki, İstanbulun ən böyük sərgi salonu olan TÜYAP-da  təşkil olunan qapı, pəncərə və şüşə (Eurasia Door, Eurasia Windows & Eurasia Glass 2020) istehsalçılarının sərgisində, Türkiyənin və dünyanın 24 ölkəsindən 644 şirkət və 109 ölkədən 70 mindən çox ziyarətçi iştirak edib. Altis Şirkətlər Qrupu sərgi zamanı emal və istehsal etdiyi 50-dən çox şüşə nümunələrini, plastik və alüminium qapı və pəncərə profillərini, hazır qapı və pəncərə nümunələrini sərgiləyib. Bu məqsədlə sərgidə iştirak edən şirkətlərlə və ziyarətçilərlə 200-ə yaxın işgüzar görüşlər keçirib.

Sərgi iştirakçılarından əsasən, Orta-Şərqi Asiya ölkələri, Aralıq Dənizi sahili ölkələri, Makedoniya, Moldova, Kosova, Serbia Azərbaycan məhsulu olan plasitk və alüminium qapı və pəncərə profillərinə xüsusi maraq göstəriblər. Bütün məhsullar “Made in Azerbaijan” brendi altında sərgilənib.

TÜYAP sərgi mərkəzində keçirilən “Avrasia Qapı, Pəncərə və Şüşə 2020” (Eurasia Door, Eurasia Windows & Eurasia Glass 2020) beynəlxalq sərgisi Türkiyənin ən böyük və ən uzunmüddətli sərgisi olmaqla, dünyanın ilk on tikinti materialları sənayesi hadisələrindən biri kimi dəyərləndirilir. Bu tədbir Türkiyənin, həmçinin Orta Asiya və Afrika ölkələrinin tikinti sektorunda nüfuz qazanmaq istəyən tent və perqola sistemləri, alüminium və plastik qapı və pəncərə profilləri istehsal edən şirkətləri, cam balkon istehsalçıları, istehsal avadalıqları və aksesuarları, beynəlxalq şirkətlərin distribütor şirkətləri, inşaat və layihə işləri görən şirkətlər, memarlar, xam maddə istehsalçıları və bu sektorla əlaqəli digər şirkətlər üçün əsas platformadır.

Qeyd edək ki, Altis Şirkətlər Qrupu MMC 2005-ci ildən Azərbaycanın şüşə emalı və tikinti sektorunda fəaliyyət göstərir. Şirkət 15 illik fəaliyyəti dövründə bir çox uğurlara imza atmışdır. Beləki, şirkət şüşələrin emalı üzrə Azərbaycan bazarında qısa zamanda yetərincə tanınmış şirkətlərdən birinə çevrilməyi bacarmışdır. Altis Group of Companies Bakı şəhərində böyük və bağlı ərazidə, müasir standartlara uyğun, tamamilə avtomatlaşdırılmış texnologiyaya malik, istehsal gücünü hər ay daha da artıran bir şirkətə çevilib. İstehsalın çox qismi Azərbaycanın daxili bazarının tələbatını ödəyir. Yerdə qalan qismi isə xarici bazarlara çıxardılır.

Siyasi.az

Seçkidən sonra… – Elşən Gəncəvi

0

Seçkidən sonra…

İstənilən prosesin iştirakçısı olmaq səni var edir. “Var olmaq” anlayışı bizim addımlarımızı daha məsuliyyətli edir. Gələcək üçün təşəbbüslərimizi gizlətməməliyik. İnsanlar bizim kim olduğumuzu bilməlidir. Nümunə yaratmaq və faydalı olmaq yaşadığımız həyatın missiyasıdır.

Hər bir fəaliyyətdə iştirakçılıq və seçim var. İstər iş həyatı olsun, istər şəxsi həyat. Biz yaşamağı bacarmalıyıq, bacardığımızı isə nümayiş etdirməliyik.

9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd oldum. Komanda olaraq seçki prosesində iştirak etdik. Mesajımızı insanlarımıza çatdırdıq. Bizim mesajımız bu gün üçün deyil, gələcək üçündür. Övladlarımızın var olacağı gələcəyi biz qurmalıyıq. İştirakçı olmalıyıq və seçimlər etməliyik ki, gələcək üçün sağlam fikirlər yarada bilək.

#SƏSİMİZTARİXDİR

Peşəkar, faydalı və nümunə yaradan insanların səsi tarixdir. Yanımızda olan, bizə dəstək verən insanların da səsi tarixdir. Biz gələcək üçün səsimizin tarix olduğunu ifadə etdik.

Prosesin siması olmaq və komanda ilə addımlamaq mənim üçün fəxrdir. Məsuliyyətli olmaq və komandanın qərarlarına hörmət etmək isə mənim borcumdur. Seçki prosesində komandanın hər bir üzvünün öhdəlikləri var idi. Verilən bütün qərarlar, atılan bütün addımlar və ümumi prosesin aparılması komandanın qərarı idi. Lider olmağın qaydası budur ki, sən tək deyilsən. Prosesdə lider ancaq öz qərarını icra edirsə, o qərar ancaq “hava” effekti yaradacaq.

Prosesdə iştirak edən komanda üzvləri öz sahələrində kifayət qədər peşəkar insanlardır. Onların imzalarını ictimaiyyət tanıyır. Hər bir fikir, hər bir addım kiçik detalına kimi müzakirə edilirdi. Komandanın verdiyi qərarların hər birisini icra etməyə çalışırdım. Özümüzü də kifayət qədər tənqid edirdik. Komandanın üzvü olan hər bir şəxs namizəd olacaq şəxslər idi. Biz gücümüzü bir olaraq təqdim etdik. Atılan hansısa addım komandanın qərarı və iradəsi idi. Biz bu yola komanda olaraq çıxmışdıq.

Məğlub olmağı bacarmaq lazımdır. Məğlubiyyət bizim üçün qələbə qədər təcrübədir. Döyüş zamanı olduğu kimi. Daha çox məğlubiyyət daha çox təcrübə deməkdir. İnsanlarımız istəyir ki, nəticəyə tez bir zamanda nail olsunlar. Heç bir güclü nəticə asan və təsadüfi deyil. Bunu biz kitablarda, filosofların müdrik fikirlərində və uğur qazanmış insanların həyatında müşahidə etmişik.

Borcumuz:

Əmək fəaliyyətimizdə insanlarımıza xidmət etmək bizim vəzifə borcumuzdur.

İctimai fəaliyyətimizdə insanlarımıza nümunə göstərmək bizim mənəvi borcumuzdur.

Gələcək üçün…

Gələcək üçün faydalı olmaq, nümunələr yaratmaq və sağlam fikirlər inşa etməliyik. Tarix bizim səsimizi gələcək üçün yaddaşlara həkk edəcək. Səhv etmək və məğlub olmaq üçün cəsarətli olaq. Gələcək üçün dərs yaradaq. Bizim səhvimiz gələcək üçün doğru olacaq. Bizim məğlubiyyətimiz gələcək üçün qələbə olacaq.

Gələcək üçün, Azərbaycanımız üçün var olaq!

 

Elşən Gəncəvi “Gold Faces of Turkey” layihəsində mükafatlandırıldı

0

Siyasi.az xəbər verir ki, “Gold Faces of Turkey” layihəsi tərəfindən “Gold Faces of Azerbaijan” mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində seçilən müğənnilərə, aktrisalara, jurnalistlərə, TV-lərə, modellərə, modelyerlərə, stilistlərə, vizajistlərə, ictimai xadimlərə, iş adamlarına və müxtəlif peşə fəaliyyəti sahiblərinə “Gold Faces of Azerbaijan” mükafatı təqdim olunub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu “Gold Faces of Azerbaijan” mükafatına layiq görülüb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində namizəd olub.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Siyasi.az

“Odlar Yurdu–2019” Milli Mükafatının təqdim olunacağı vaxt bəlli oldu

0

“Tonika Group”un təşkilatçılığı ilə 16 mart 2020-ci il tarixində “Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” “Odlar Yurdu-2019” Milli Mükafatının təqdimetmə mərasimi baş tutacaq.

Təşkilat komitəsindən Siyasi.az-a verilən xəbərə görə, tədbirdə 2019-ci ilin yekun nəticələrinə uyğun olaraq öz uğurlu fəaliyyətləri ilə həmkarlarından fərqlənən millət vəkillərinə, KİV nümayəndələrinə, iş adamlarına, mədəniyyət xadimlərinə, biznes qurumlarına, idmançılara, televizyalara, internet saytlara, radiolara, aparıcılara, jurnalistlərə, aktyorlara, aktrisalara, modelyerlərə və s. təqdim olunacaq.

“Cochlear Azerbaijan” ailəsi tərəfindən bayram təşkil olundu FOTO -VİDEO

0

“İndi və hər zaman eşit” sloqanı ilə ölkəmizdə ilk dəfə olaraq “Cochlear İmplant Günü” ilə bağlı eşitmə qüsurunu geridə qoyan uşaqları bir araya yığıb onlar üçün “Cochlear Azerbaijan” ailəsi tərəfindən bayram təşkil olunmuşdur.

Siyasi.az ın məlumatına görə, uşaqlar üçün əyləncə xarakteri daşıyan şoular, onlara yararlı olacaq bir çox hədiyyələr təqdim edilmişdir. Uşaqların bir çoxlarının artıq şeirlər öyrənərək söyləməsi, mahnı oxuma kimi bacarıqlarını sərgiləməsi, bu gün sevdiklərinin səsini eşitdiklərini dilə gətirmələri günün ən yadda qalan hissəsinə çevrilmişdir.
Tədbirin gedişatında texniki dəstəyə ehtiyacı olanlar üçün mütəxəssislər üçün pulsuz müayinə təşkil edilib.
Reabilitasiya xidmətləri üçün ayrı diaqnostikalar aparılıb.

“Top Model Azerbaijan” 2020 -ci il üzrə elan etdiyi layihənin münsif kürsüsünə kimlər uyğun görüldü?

0

29 Fevral, saat 16:00 -da “Top Model Azerbaijan” layihəsinin 2020 -ci il üzrə elan etdiyi kastinq Roof by Eleven -da baş tutacaqdır.

Siyasi.az ın məlumatına gör, Artıq iki ildir ölkəmizdə keçirilən “Top Model Azerbaijan” -ın layihə rəhbəri Novruz İsmayil, bu il layihəyə yeni direktor peşəkar model və aktyor Orxan Məmmədov -u təyin etmişdir. Yeniliklərdən biridə bu dəfə uşaqlarında layihəyə qoşulub mübarizə apara bilməsidir. artıq münsif heyətində bir çox simalar uyğun görülərək layihəyə dəvət olunmuşdur. Onların bir çoxu aşağıdakı şəkillərdə yer alıb.

Xatırladaq ki, 2019 -cu ildə “Top Model Azerbaijan” adına xanımlardan Nigar Mammadzadə, bəylərdən isə Murad Sultan layiq görülmüşdür. Nigar və Murad layihədən sonra bir çox peşəkar podyumlarda yer alır, onlar “Versace” -in Azerbaycanda təşkil olunan podyumunda, Azerbaijan Fashion Week -layihəsində, Baku Boutiques Fashion Day -kimi beynəlxalq standarlara cavab verən podyumlarda yer almağa davam edirlər.

 

İdeya yaşayır: Bayraq! (Rövşən Nəcəfov)

0

İdeya yaşayır: Bayraq! (Rövşən Nəcəfov)

Azərbaycan bayrağı dalğalanması üçün tarixin ən ağır sınaqlarından keçib. Bir dövlətin, bir millətin və bir ölkənin taleyi onun bayrağına bağlıdır. Üç rəngli bayraq dalğalandığı zaman, hər kəsin gözündə işıq yanır. Gözümüzün yaşı sevincdən axır yanaqlarımıza. Göz yaşlarımızı əllərimizlə silirik və tarixin bütün səhifələri yazılmağa başlayır…

Bayraq millətləri və dövlətləri ayırd edən simvoldur. Bir millətin varlığını, bir dövlətin müstəqilliyini təmsil edir. Bayraq elə bir dəyərdir ki, onun qarşısında diz çöküb, onu öpürük. Atalarımız bayrağımızın enməməsi üçün, fədakarlıqlar ediblər. Məhəmməd Əmin Rəsulzadə “Bir kərə yüksələn bayraq, bir daha enməz!” deyərək, həyatında bütün enişləri etdi. Bayrağı öz taleyinə yazdı. Bütün fədakarlıqlar gələcək nəslin bayrağa sahiblənməsi üçün olub. Müstəqilliyimizi ifadə edən bu mirasın yox olmaması üçün bütün səhflərimiz və düzlərimizlə taleyimizi onunla yazırıq. Gələcək nəslimizə qoyacağımız mirasın dəyərini özümüz də anlamalıyıq. Bayrağımızın yüksəlməsi üçün, biz enişlər edəcəyik. Tarix bizi endirəcək!

Bəzən, biz, bir parçanın insan taleyindən daha əhəmiyyətli olmasını qəbul edə bilmirik. Amma bir insanın yox, bir millətin taleyini yaşamış bir “parça” keçmişdə qalmadı. Biz onu görürük. Onun dili yoxdur bizimlə danışmağa. Bayraq dilsiz olsada, hər kəslə danışmağı bacarır. Özündə cəmlədiyi mavi, qırmızı, yaşıl rənglər, ağ aypara və səkkizguşəli ulduz vasitəsilə bizə ümumbəşəri dəyərləri izah edir. Əli bəy Hüseynzadənin, Məhəmməd Əmin Rəsulzadənin və Nəsib bəy Yusifbəylinin gerçəkləşdirdiyi ideya bu gün bizim milli kimliyimizdir. Müstəqilliyimizin ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımız respublikamızın dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində, beynəlxalq tədbirlər, mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında dalğalandırılır. İdeya yaşayır. İdeya yaşadılır. Bu ideyadan fiziki olaraq imtina edə bilərik. Mənəvi olaraq isə bu ideya sonuncu dəfə gözümüzü bağlayacağımıza qədər bizimlədir. Dünyanın harasında olmağımızdan asılı olmayaraq, bu ideya bizim həyatımızın bir parçasıdır.

Himnimizin səsi hardansa gəlirsə, hansı şəraitdə dinlənilirsə bayraq bizimlə danışır artıq. Onu anlamaq üçün susuruq… Sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyova məxsus olan himnimiz qulağımıza gələcəyimizi pıçıldayır. Bayrağımıza sevgimiz artdıqca, vicdanımız, bizim üçün ən doğru olanı taleyimizə yazacaq. Bir insanın ən gözəl taleyi odur ki, onun son örtüyü onun bayrağı olar.

Bayraq bir millətin doğduğu ölümsüz övladıdır…

Siyasi.az

Məşhur reperdən dəhşətli faciə ilə bağlı musiqi – “Khojaly”

0

Azərbaycanlı reper Tibu (Teymur Ağayev) Xocalı faciəsi ilə bağlı musiqi əsəri yaradıb.

Siyasi.az xəbər verir ki, Xocalı soyqırımına həsr olunmuş musiqi “YouTube” sosial şəbəkəsində yayımlanıb. Ərsəyə gələn musiqidə rəssam Məzahir Hüseynovun əsərləri öz əksini tapıb.

Qeyd edək ki, Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

Link: https://www.youtube.com/watch?v=upBPdLn4xMc

Siyasi.az

Ədalət axtarışı – 26.02.1992 (Elşən Gəncəvi)

0

Ümid edirəm bir gün sən də bizə qoşulacaqsan və dünyamız bir olaraq yaşayacaq… (c) John Lennon

İnsanlar ədalət hissinin fotosunu müxtəlif çərçivələrdə təqdim edir.

Keçmişi tarixin çərçivələrindən kənara çıxartmaq dünyanı keçmişə deyil, gələcəyə səsləməkdir.

Gələcək isə ədalət ətrafında dünyanı bir olaraq görür. Fikirlərim barmaqlar və klaviaturadan ibarət fotodur…

Hadisə…

1991-ci ilin oktyabrından Xocalı şəhəri blokadada idi. Şəhərə aparan bütün yollar bağlanmışdı.

Bir tək hava nəqliyyatı vardı. İnsanlar sanki dörd divar arasında məskunlaşmışdı. Həyatları divarların üst hissəsinin açıq qalması ilə zindanı xatırladırdı. 1992-ci il yanvarın 28-də isə insanlar üçün yaşamağın sonuncu nəfəs günü oldu. Hava nəqliyyatı bağlandı. Heç bir məlumat yox idi. Sanki şəhər lal olmuşdu.

SSRİ-nin qalıqları tarixin gələcəyi üçün təhlükəli oyunlar oynayırdı. Və gələcək gücün hansısa yolla qarşısı alınmalı idi. Qafqazda isə Ermənistan adı sanki istifadə olunmaq üçün yaradıldı.

Xocalıya coğrafi baxış…

Xocalı şəhərinin coğrafi mövqeyi çox əlverişli olub. Dağlıq Qarabağ muxtar vilayətinin mərkəzi şəhəri olan Xankəndi şəhərindən 10 km cənub-şərqdə yerləşir. Qarabağ dağlıq silsiləsinə aiddir. Nəqliyyatda isə əsas rol oynayan şəhərdir. Belə ki Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport Xocalı şəhərindədir.

Xocalı şəhəri əhalinin tarixən məskunlaşdığı şəhərdir. Tarixi abidələr isə şəhərin qədimliyini yaşadır. Həmçinin tarixi arxitektura abidələri ilə ən məşhurudur. Bundan başqa heyvandarlıq, əkinçilik, toxuculuq, arıçılıq və üzümçülük sahələri üzrə Azərbaycanın qabaqcıl şəhərlərindən biridir.

1992-ci ilin yanvar ayının başlanğıcında, ilk olaraq Ermənistan tərəfindən elektrik enerjiləri kəsilərək Xocalı şəhəri üçün qorxu hissi yaratdı. Xocalı şəhəri qaranlıq içində idi…

Qarlı mərmi…

Qış fəslinin ən sərt ayı olan fevral ayı idi. Fevral ayının ikinci yarısından başlayaraq ermənilər Xocalı şəhərini mühasirəyə almağa başladı. Hər gün topların və ağır texnikanın atəş səsləri müharibənin hər an başlanmasından xəbər verirdi.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhəri ilk olaraq toplar və tanklardan atəşə məruz qaldı. Uzun davam edən atışmadan sonra erməni piyadaları hücuma başladı. İnsanlar qaçmağa məcbur oldu. Dörd divarla bağlanmış şəhərin bir tərəfi açılmışdı. Bu Əsgəran istiqamətinə gedən yol idi. Əsgəran istiqamətinə qaçan insanlar nə ilə üzləşəcəyindən xəbərsiz idi…

Hiylə…

Bir anlıq canlarını xilas etdiklərini düşünən əhali təhlükə ilə üzləşdi. Ermənistan ordusu əhalinin qarşısını kəsdi. Əhali gülləbaran edilərək öldürüldü. Canlarını qurtaran insanlar da vardı. Gecənin ikinci yarısında, insanlar qarlı aşırımları keçmək məcburiyyəti ilə üz-üzə qalmışdı…

Artıq insanlar taqətdən düşmüşdü. Şaxtalı qışın təsiri insanları ölümlə hədələyirdi. Sadə ölüm belə insanları qorxutmurdu. Amma işgəncə ilə ölmək insan həyatının ən alçaldılmış hissəsi idi. Taqətdən düşmüş insanların işgəncələrə məruz qalaraq öldürülməsi isə hər bir azərbaycanlıya Çingiz Mustafayevin çəkdiyi videolardan məlumdur.

“Justice for Khojaly”

Məlum qətliamdan sonra 28 fevral 1992-ci ildə jurnalist qrupu 2 vertolyotla azərbaycanlıların həlak olduğu yerə getdi. Qarlı düzənlik cəsədlərlə dolu idi. Jurnalist qrupu ermənilərin atəş hücumlarına məruz qaldı və həmin yeri tərk etməli oldular.

Martın 1-i yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerinə yenidən getdilər. Dəhşətli vəziyyət bir daha yenidən müşahidə olundu. Jurnalist qrupu hər bir insanın hansı işgəncələrə məruz qalaraq öldürüldüyünü video və fotoların yaddaşına verərək dünya ictimaiyyətinə çatdırdı. Amma bu gün dünyamız susur…

Sonda:

26 fevral 1992-ci il Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan tərəfindən soyqırımı törədildi. 613 nəfər insan vəhşicəsinə öldürüldü. Həqiqəti hər kəs bilir… Susan dünyamıza bir foto ifadə edirəm: Mən Xocalılı Azərbaycanam!

“Oxu-magiya” kitabı

Siyasi.az

XƏBƏR LENTİ

Rusiyada barıt zavodunda partlayış: Çox sayda ölən var

Siyasi.az xəbər verir ki, Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən zavodun barıt istehsalı sexində partlayış baş verib. Hadisə zamanı müəssisədə 17 nəfər olub. Onlardan 15-nin...

Bakıda hoteldə meyit tapıldı

Bakıda hoteldə meyit tapılıb. Siyasi.az-ın əldə etdiyi məlumata görə, Əhməd Rəcəbli küçəsində yerləşən "Gm City Hotel”in mühafizəçisi 55 yaşlı Kamandar Quliyevin meyiti çalışdığı məkanda aşkarlanıb. Meyitin...

Füzuli bərpa olunacaq

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fizulinin işğaldan azad olnduğu günün ildönuümündə - 17 oktyabr 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir. Müzəffər...

Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 20-dək məktəb bağlanıb – RƏSMİ

Azərbaycanda tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən isə 505 sinif (0,6 faiz) distant formaya...

İlham Əliyev: “Buradan Naxçıvana yol açılacaq”

"Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey...

Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyat pulsuz olacaq

Moskva şəhər duması çoxuşaqlı valideynlərin ictimai nəqliyyatdan pulsuz istifadəsini nəzərdə tutan təşəbbüsü yekdilliklə dəstəkləyib. Siyasi.az xəbər verir ki, yeni qərar çoxuşaqlı valideynlərlə yanaşı, onların 18...

Fermadan külli miqdarda oğurluq edən şəxs SAXLANILDI

Fermadan oğurluq edən Astara sakini saxlanılıb. Siyasi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Qamışlı kəndində...

Türkiyə Prezidenti Azərbaycana səfəri barədə DANIŞDI

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana baş tutacaq növbəti səfəri və Füzuli hava limanının açılışındakı iştirakına dair yeni açıqlamalar verib. Siyasi.az xəbər verir ki, Rəcəb...

Bərdədə hamilə qadın xəstəxanada öldü

Bərdədə ana ölümü baş verib. Siyasi.az xəbər verir ki, ana ölümü Bərdə Doğum Evində bu gün səhər saatlarında qeydə alınıb. Doğuşla bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum...

MDB toplantısında videoformatda çıxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir. Ali Baş Komndan bildirmişdir...