Şənbə, Oktyabr 23, 2021
Ev Blog Səhifə 333

Türkiyədə 5 dəqiqəyə 5 zəlzələ oldu

0
Türkiyənin Manisa şəhərində 5 dəqiqə ərzində 5 dəfə zəlzələ baş verib.

Siyasi.az ın xəbərinə görə, bu barədə Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun birgə məlumatında qeyd olunub.

İlk yeraltı təkan Türkiyə vaxtı ilə saat 04:27-də 4 bal gücündə qeydə alınıb. Daha sonra saat 04:28-dən 04:32-yə qədər 4 dəfə 3.4 maqnitudalı zəlzələlər olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Virusa görə “Semaşko”da yatanların sayı açıqlandı

0

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çindən Bakıya gəlib xəstəxanada yatan şəxslərlə bağlı məlumat yayıb.

Siyasi.az ın məlumatına görə, bu gün üçün KTM-in (1 saylı Kliniki Tibbi Mərkəz-“Semaşko”) yoluxucu xəstəliklər şöbəsinə 6 nəfər yerləşdirilib.

Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı. Hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır heç bir şikayəti yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur.

Bu ərazilərdə su olmayacaq

0

Azərsu əhaliyə xəbərdarlıq edib.

Siyasi.az a daxil olan məlumata görə, magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 04 fevral 2020-ci il tarixində gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Koronavirusa yoluxanlar üçün xəstəxana ilk pasiyentlərini qəbul etdi

0

Çinin Uhan şəhərində cəmi on günə tikilən “Hoşenşan” hospitalı ilk pasiyentlərini qəbul edib.

Siyasi.az ın məlumatına görə, bu barədə “Qovorit Moskva” radisou xəbər verib.

Qeyd edilir ki, xəstəxananın tikintisinə yeddi minə yaxın işçi cəlb olunmuşdu. Binanın ucaldılması zamanı son nəsil texnikadan istifadə olunmuşdu ki, bu da vaxta qənaət etməyə imkan vermişdi.

Xəstəxananın bütün çirkab suları dezinfeksiya olunması üçün xüsusi rezervuara axıdılacaq.

Çin hökuməti üç gündən sonra daha bir bu tip xəstəxananın açılacağına dair söz verib.

“Bu pullar kiminsə cibinə gedirdi…” – İlham Əliyev

0

“Sahibkarlara çox böyük hərtərəfli dəstək göstərilir. Birincisi, Prezidentin dəstəyi. Mən dəfələrlə demişəm ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır. Digər tərəfdən, icra edilmiş bütün infrastruktur layihələri. İndi təsəvvür edin, əgər rayonlarda işıq, yol olmasaydı, hansı sahibkar orada iş görə bilərdi. Qaz olmasaydı, hansı istixananı işlədə bilərdi. Ona görə bunlar dövlət tərəfindən edilibdir – yol da, elektrik də, qaz da, su da”.

Siyasi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib. Dövlət başçısı bildirib ki, sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır:

“Bundan əlavə, güzəştli kreditlər – dediyim kimi, aşağı faizlə 2 milyard manatdan çox vəsait ayrıldı. Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, – o da cüzi rəqəmdir, – vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb. Ona görə sahibkarlardan da tələbimiz var, onlar dürüst olsunlar, təmiz işləsinlər, əyri yola getməsinlər, vergiləri gizlətməsinlər. Vergiləri tam ödəsinlər, vergilərdən başqa heç kimə, heç bir quruma, heç bir şəxsə bir manat pul verməsinlər. Çünki rüşvətxorluğun iki tərəfi var: alan və verən. İndi mən potensial rüşvət verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır.

Məmurlar görən kimi haradasa iş başlayır, bəzi hallarda dərhal cumurlar ora, öz payını tələb edirlər, yaxud da ki, nəsə qoparmaq istəyirlər. Buna son qoyulmalıdır. Ona görə sahibkarlar vergini tam verməlidirlər. Çünki onların vergisi ölkəmizin yaşamasıdır, xalqımızın yaşamasıdır. Əlbəttə ki, vergi orqanlarında aparılan islahatlar da sahibkarlara böyük kömək göstərir. Çünki sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir. Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər. Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz.

Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərinə baxın, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın. Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq. Ona görə dövlət, xalq və qanun qarşısında məsuliyyət olmalıdır.

O cümlədən kölgə iqtisadiyyatına qarşı mübarizə bundan sonra da aparılacaq. Burada da iki tərəf var. Bu işlərə göz yuman dövlət məmuru və bu işləri görən sahibkar. Bu sövdələşmə də tamamilə pozulmalıdır və pozulur. Dövlət indi göz yummur, sahibkar da gərək öz biznesini kölgədən 100 faiz çıxarsın. Dövlət, mərkəzi icra orqanlarımız xüsusi anlayış göstərərək bu prosesi tədricən edirlər. Çünki bu işi görənlər onilliklər ərzində, sovet dövründə də, müstəqillik dövründə də belə işləyiblər, öyrəşiblər. Ona görə buna son qoyulmalıdır. Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə. Düzdür, hər yerdə var, hər ölkədə var. Bizdə bu, dözülməz dərəcəyə gəlib çıxmışdır. O təhlil mənə veriləndə, sözün düzü, çox dəhşətə gəldim. Ona görə buna son qoyulur. Vergi və gömrük orqanları keçən il proqnozdan əlavə 1 milyard manatdan çox vəsaiti nəyin hesabına toplayıblar? Onun hesabına ki, bu pullar kiminsə cibinə gedirdi və bu pullardan Azərbaycan vətəndaşı məhrum idi. Biz bu şəffaflığı təmin edərkən, mən qeyd etdiyim sosial təşəbbüsü reallaşdıra bildik. O pul qəpiyinə qədər insanların maaşına, pensiyasına, təqaüdünə, müavinətinə getdi. İndi biz kölgə iqtisadiyyatına göz yuma bilərikmi? Qətiyyən yox!

Yenə də deyirəm, kölgə iqtisadiyyatına son qoyulmalıdır və dövlət orqanları bir keçid dövrü də müəyyən edib. Çünki bəri başdan çox sərt tədbirlər görmək düzgün olmaz. İnsanlar buna gərək yavaş-yavaş öyrəşsinlər. Amma biz bu güzəşt müddətini də çox uzada bilmərik. Ona görə bu il bütün iqtisadiyyat kölgədən çıxmalıdır, bütün sahibkarlar vergisini ödəməlidir. Əgər kimsə mənim bu sözlərimdən sonra yenə də köhnə qayda ilə işləmək, kiməsə arxalanmaq istəyəcəksə, bilsin ki, bu, alınmayacaq. Heç kimə güzəşt yoxdur. Bunu indi hamı bilir. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar da yoxdur, heç bir toxunulmaz məmur da yoxdur. Hər kəs qiymətini də, mükafatını da, cəzasını da öz əməlinə görə alacaq. Bunu bilməlisiniz.

Elşən Gəncəvi seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR

0

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.

Siyasi.az xəbər verir ki, təbliğat-təşviqat zamanı paytaxt Bakı və digər regionlarda yaşayan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları ilə fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib.

Görüşlər zamanı seçicilərin seçkidən sonra onların vətəndaş maraqlarını müdafiə edənin yanında olması üçün fəallıq nümayiş etdirmələrinin vacib olduğu vurğulanıb. Seçicilər namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək, onların fikirləri ilə yaxından maraqlanmasını yüksək qiymətləndiriblər.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Siyasi.az

 

“Victoria’s Secret” tarixə qovuşur

0

2019-cu ilədək moda dünyasının ən nüfuzlu şoularına imza atan, dəfilələri milyonlarla insan tərəfindən izlənilən “Victoria’s Secret” tarixə çevrilir.

Siyasi.az xəbər verir ki, “Limited Brands” şirkətinin markanın satışa çıxarılması barədə verdiyi açıqlamadan sonra qalmaqallar yaranmağa başlayıb.

Belə ki, ilk dəfə 2016-ci ildən mələk statusu alan Bella Hadid brendin marketinq şöbəsinin direktoru Ed Razek tərəfindən seksual hərəkətlərə məruz qalıb.

Razek dərzilərin Bellanın bədən ölçüsünü müəyyən edən zaman otağa gələrək modelə qarşı qeyri-etik hərəkətlər edib. O, eyni zamanda Bellanın podiumda üst geyimsiz çıxması üçün TV kanalı ilə müqavilə bağlayıb.  Bu isə qarşı tərəfin xoşuna gəlməyib.

Razekdən təkcə Bella yox, digər modellər də şikayətçi olub. Lakin şirkətin sahibi Lex Wexner iradlara məhəl qoymayıb. Markanın iflas astanasında Er Razek istefa verib.


Süleymaninin dostu olan general da öldürüldü

0

İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) komandirlərindən biri, general Asgar Paşapor öldürülüb.

Siyasi.az ın məlumatına görə, bu barədə İran dövlət televiziyasının saytı “iribnews” məlumat yayıb.

Məlumata görə, Paşapor ötən gün Suriyanın Hələb şəhərində müxaliflərlə baş verən atışma zamanı qətlə yetirilib.

Bildirilir ki, o, yanvarın 3-də ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülən İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin dostu olub.

Piyadalar üçün təhlükə… – Video

0

Bakıda güclü külək piyadaların həyatı üçün təhlükə yaradıb.

Siyasi.az ın verdiyi xəbərə görə, hadisə bu gün səhər 08:30 radələrində Yasamal rayonunda baş verib. Hadisəni əks etdirən videogörüntünü jurnalist Mahir Məmmədli paylaşıb. Məlumata görə, güclü külək yuxarı mərtəbələrin birində yerləşən mənzildən pəncərənin torunu sındıraraq yerə salıb.

Zərbə ilə yerə çırpılan tor lövhə parçalanıb. Xoşbəxtlikdən həmin zaman oradan piyada keçməyib.

Xərçəngə 4 dəfə qalib gələn – “İlk əməliyyata ad günümdə girdim”

0

 

Bu xəstəlik aşkarlananda yoldaşım yəqin ki, məni itirməkdən qorxub. Baxmayaraq ki, 40 ilə yaxındır Bakıda yaşayır, ancaq mənsiz harasa getməyib. Ona görə narahat idi.

 

– Ona görə narahat idim hə? Gördüz nə deyir?

– Yox, Gülü, elə demə.

– Mən nə dedim ki?! Sən deyirsən…(gülürlər)

Doğrusunu desəm, ilk dəfədir bir xəstəlik, özü də xərçəng haqqında söhbətimiz bu qədər müsbət əhval-ruhiyyədə keçdi. Onu da səbəbkara borcluyuq. 

“Qafqazinfo” olaraq 4 fevral – Dünya Xərçənglə Mübarizə Günü üçün xəstəliyə qalib gəlmiş müsahib axtarırdıq. Belə bir tanışı ola biləcəyini ehtimal etdiyim bir şəxsdən maraqlı cavab aldım: “Xərçəngə 4 dəfə qalib gəlmişi bizim evdə var. İndi 5-ci dəfədir ki, mübarizə aparır”.

Belə pozitiv cavabın bizi yuxarıda qeyd etdiyim kimi, müsbət söhbətə aparacağını az-çox təxmin edə bildim. Özü də söhbətimiz müsahibim Lətif Hacıyevin doğum gününə düşdü. Anadan olduğu gündən saysaq, 59 yaşını, yenidən doğulduğu gündən saysaq isə 6 yaşını qeyd edir…

“2014-cü il fevral ayının 3-ü, yəni, öz doğum günümdə əməliyyata girdim. Həkimlər çox israr etdi ki, günü dəyişək, ancaq mən razı olmadım. Çox dəhşətli qar yağmışdı, birtəhər getdik. Birinci əməliyyatım çox ağır keçdi. Həkimim mənə demişdi ki, xəstəliyin necə irəliləməsi özümdən və ailəmdən, xüsusilə də, həyat yoldaşımdan asılıdır. Elə dediyi kimi də oldu…”

Müsahibim 1992-ci ildən 1995-ci ilə kimi döyüşlərdə iştirak edib, Qarabağ veteranıdır. Dediyinə görə, elə xərçəng də ona Qarabağdan yadigar qalıb:

“Mən çox sağlam insan olmuşam. Düşünürdüm ki, heç vaxt xəstələnmərəm. İynə-dərmanın nə olduğunu bilməmişəm. Bu xəstəlik mənə Qarabağdan yadigardır. Dekabr ayının 26-da ermənilər bizi bombalayırdı. Biz də özümüzü Güllücə kəndinin yanındakı çaya atdıq. Su qurşaqdan idi. O paltar əynimizdə nə vaxt quruyub heç bilməmişik. Ömür boyu siqaret çəkməmişəm, içki içməmişəm. Gəlib belə xəstəliyə tutulmağı ancaq soyuqdəymədən görürəm. Hətta birinci əməliyyata girəndə həkimlərin özlərinə də maraqlı gəlmişdi”.

Bəlkə də elə o müharibənin verdiyi güc, qarşılaşdığı hadisələr bu xəstəliyi adi qarşılamasına səbəb olub. Dediyinə görə, 11 ay həkimlər xəstəliyinin nə olduğunu tapa bilməyiblər. Xəstəlik aşkarlandıqdan sonra isə ürəyi rahatlayıb:

– Bir həkim şübhələndi və şübhəsi doğru çıxdı. Mən çox adi qarşıladım, amma evdəkilərin narahat olduğunu görürdüm. Ölümdən qorxmuram, 3 il Qarabağda olub çox ölüm görmüşəm. Bir gecəyə 87 adamı xilas etmişəm, yaralı, meyit daşımışam. Nə ölümdən qorxuram, nə də o ölənlərdən artığam.

Həkimim məndə əminlik yaratdı kı, xəstəliyə güc gələcəyəm. Qorxum, narahatlığım da yox idi. Elə oldu ki, mən 4 dəfə əməliyyata girəsi oldum və 4-ündə də xərçəngə qalib gələ bilmişəm. Hər il fərqli yerlərdə törəmə əmələ gəlirdi. Birinci əməliyyatım düz bağırsaqdan, ikincisi sidik kisəsindən, sonra nazik bağırsaqdan, sonuncusu isə ürəyin altındakı arteriya damarlarının hər ikisindən. Sonuncu əməliyyatıma ötən ilin aprel ayında girmişdim. Bədənimdə kəsilməyən yer yoxdur.

– Bəs 5-ci dəfə yenidən xərçəngə tutulduğunuzu necə öyrəndiz?

– Dekabr ayında dəhşətli qızdırma oldu. Özüm özümdən şübhələndim ki, yəqin yenə nəsə əmələ gəlib. Həqiqətən də müayinələrdən keçdim və törəmə əmələ gəldiyini gördük. Bu dəfə həkimlərin hamısı dedi ki, bədənimdə kəsməyə yer yoxdur, qarnıma heç cür kəsib girə bilmirlər. Hazırda Milli Onkologiya Mərkəzində kimya-terapiya alıram, yaxşıyam. İnanıram ki, 5-ci dəfə də qalib gələ biləcəyəm. Düzdür, ağrılarım var, ancaq özümü yaxşı hiss edirəm. Çalışıram ki, ağrılarımın olduğunu unudum, ailəm görməsin, gizlədirəm.

– Deyirlər ki, yaxınlar, dostlar belə günlərdə tanınar. Sizin yaxınlarınız bu sınaqdan necə çıxdı?

– Bütün dostlarım, qonşularım, hərbçi yoldaşlarım hər zaman yanımdadır, məni yaşamağa ruhlandırırlar. Çox gözəl ətrafım var, bəlkə də, onlardan hansısa biri bu vəziyyətə düşsəydi, mən onlar kimi ola bilməzdim.

Bayaqdan israr etsək də, qəhrəmanımın kameraya yaxın durmayan həyat yoldaşı Gülafət Hacıyeva ürəyi dözməyib söhbətə qoşulur: 

– Dostları da onun üçün belə deyir. Deyirlər ki, biz heç vaxt Lətif kimi ola bilmərik. Hamı xətrini çox istəyir.

– L.H: Kim harda xərçənglə bağlı nə görsə, tez mənə atır. Cəfər adlı bir dostum qarşısına çıxan xəbəri göndərib ki, xərçəngin dərmanı tapılıb. Hazırda kimyaterapiya alıram, ona görə də, bu dövrdə nəsə etmək olmaz. İndiyə kimi də ümumilikdə 25 kimyaterapiya almışam. Həkimlər də deyir ki, hələ Azərbaycanda bu qədər kimyaterapiyaya dözən xəstə olmayıb. Çünki həmin zaman qana zəhər vurulur və nəticədə xərçəng hüceyrələri öz-özünü məhv edir.

– Söhbətimizə qoşulmuşkən, xəstə yaxını olaraq sizin fikirlərinizi alım. Həkimin də dediyi kimi bu müddətdə ailə, xüsusilə də həyat yoldaşı mühüm rol oynayır. Sizin də 4 qalibiyyətiniz var deyə bilərik…

– G. H: 2013-cü ildə böyük oğlumuzu nişanladıq, 2014-cü ildə həyat yoldaşımda bu xəstəlik aşkarlandı. Özünə bildirməsəm də, oturub fikirləşirdim ki, oğlumuzu da nişanlamışıq, bəs indi nə edəsiyik? Şükür ki, o boyda əməliyyatlardan çıxdı, bu xəstəliyin xərcləri də az olmur, eyni zamanda hər iki oğlumuza toy da etdik, nəvələrimiz də oldu. Elə arzulayırdım ki, nəvəsini görsün. Çox şükür indi nəvəsi bağçaya gedir, dil-dil ötür. Bu gündən sonra da hər şeyin yaxşı olacağını gözləyirik.

– Yoldaşınız sizdən çox razıdır. Deyir ki, onun üçün arxa-dayaq, stimulsuz.

– Mən o stimulu elə onun özündən alıram. O qədər yaxşı insandır ki. Etdiyi bütün yaxşılıqlar gəlib gözümdə durur.

– Xərçəng adı eşidəndə çox insan qorxur. Yəqin ki, ilk dəfə biləndə sizin üçün də asan olmayıb.

– 4 dəfə qalib gəlib. Birinci dəfə nəticəni görəndə bütün bədənim boşaldı.

– L. H: Sözünüzü də kəsirəm, ancaq, qoy, o hadisəni mən danışım. 5 nömrəli xəstəxanada idik. Diaqnozu eşidəndə mən adi qarşıladım. Onun qoluna girdim, gördüm ki, artıq apara bilmirəm, özündən gedir. Bir az üzünə su vurdular, hava aldı. Hamı elə bildi ki, xəstə odur. Mən də xəstəni aparıram. Güc-bəlayla maşına qoyub gətirdim evə. 11 ay idi ki, həkimlər mənim xəstəliyimi aşkarlaya bilməmişdi. Elə bil, dərdimin nə oduğunu bilmək məni rahatlatmışdı. Həmin 11 ay yuxusuz qaldığım gecələrin əvəzini elə bil həmin gün çıxdım. Axşam saat 7-də yatan adam səhər saat 8-də oyandım. Oyananda gördüm ki, hamı mənə qəribə baxır. Dedim, artıq mən rahatam…

– Hazırda nə işlə məşğul olursuz, gününüz necə keçir?

– Düzü, şəhərdə qala bilmirəm. Burada qalmaq üçün gərək işlə məşğul olasan. Göyçayda özümüzün balaca bir qarı-qoca yurdumuz var. Gedib orada qurdalanırıq, kimyaterapiyanın vaxtı çatanda gəlirik.

Sonuncu əməliyyatımda bir qardaşımın oğlunun, bir qardaşımın isə qızının toyu olacaqdı. Bir onda Allahdan istədim ki, əməliyyatda mənə nəsə olmasın, uşaqların xeyir işləri qalmasın. Şükür ki, heç nə olmadı, toylarında da iştirak etdim.

– Çox vaxt nəticələri xəstədən gizlədirlər. Ancaq elə görünür ki, siz həkimlə hər şeyi özünüz danışmısız. 

– Xəstədən gizlədilməsi də doğru deyil. Hələ elə həkim olmayıb ki, məndən xəlvət bunlarla nəsə danışsın.

– G. H: Biz heç nə gizlətməmişik. Daha doğrusu, gizlədə bilməmişik. Bir dəfə analizin dərəcəsini gizlətmişdik, onu da axırda tapdı. Eynəyini axtardı, tapmadı. Mən də gizlətdim. Əməliyyatın vaxtına kimi bilmədi ki, nəticələr necə olub. Bu xəstəliyi artıq qəbul edib. Çox sağlam insan olub, yeməyinə həmişə diqqət edib. 2016-cı ilə kimi işləyib, o vaxta kimi çöldən yemək yeməyib.

– Bəs ümumi olaraq ailədə əhval-ruhiyyə necədir?

– Mən pessimist insanam, boynuma alıram. Ancaq yoldaşım buna imkan vermir. Adicə əməliyyata belə xərəkdə getmədi. Gülə-gülə bizə əl edib əməliyyata girdi. Mahnıda deyildiyi kimi, birlikdə, üzü küləyə doğru güclü gedirik. Bəlkə də elə tamamilə sağalar?! Bu günümüzə də şükür. Evimiz-eşiyimiz var, uşaqlarımız böyüyüb, nəvə sahibiyik. Tez-tez aptekə düşürəm. Deyirlər ki, ərin səni yorur. Deyirəm ki, bu kişi məni öldürəcək, sonra özünə yeni arvad axtaracaq.

– 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür. Dörd dəfə xərçəngə qalib gəlmiş bir ailə olaraq bu xəstəlikdən əziyyət çəkənlərə nə məsləhətiniz olar? 

– L. H: Bu xəstəliklə bağlı tanıdığım çox insan var. Hətta xərçəng aşkarlananda qorxudan şəkər tutanlar da tanıyıram. Ən yaxşısı odur ki, evinə gələn qonaq kimi qarşılayasan, sağalmaz sözünü özündən uzaqlaşdırasan.

– G. H: Sönməsinlər. Həyat bu xəstəliklə bitmir. Hərənin taleyi bir cür yazılıb. Yaşadığın günlərin dadını çıxarmalısan. Ailələr xəstəyə dayaq olmalıdır. Biz bu gün yoldaşımın 59 yaşını qeyd edirik. Ona 2-3 il qabaq demişəm ki, Allah ömür versin, nəvələri ətrafında qaçan, hamının yığışdığı bir 60 illik edərik.

– Sizin özünüzə arzunuz nədir?

–  L. H: Özümə arzuladığım yeganə şey odur ki, ailəmdə heç bir problem olmasın, nə yük olacaqsa, mən götürməyə hazıram.

Günel Hacı

Fotolar-Video: Nuran Məmmədov

 

 

XƏBƏR LENTİ

Rusiyada barıt zavodunda partlayış: Çox sayda ölən var

Siyasi.az xəbər verir ki, Rusiyanın Ryazan vilayətində fəaliyyət göstərən zavodun barıt istehsalı sexində partlayış baş verib. Hadisə zamanı müəssisədə 17 nəfər olub. Onlardan 15-nin...

Bakıda hoteldə meyit tapıldı

Bakıda hoteldə meyit tapılıb. Siyasi.az-ın əldə etdiyi məlumata görə, Əhməd Rəcəbli küçəsində yerləşən "Gm City Hotel”in mühafizəçisi 55 yaşlı Kamandar Quliyevin meyiti çalışdığı məkanda aşkarlanıb. Meyitin...

Füzuli bərpa olunacaq

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fizulinin işğaldan azad olnduğu günün ildönuümündə - 17 oktyabr 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir. Müzəffər...

Azərbaycanda koronavirusla bağlı son vəziyyət: 20-dək məktəb bağlanıb – RƏSMİ

Azərbaycanda tədrisə başlanılan tarixdən indiyədək 4 432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən isə 505 sinif (0,6 faiz) distant formaya...

İlham Əliyev: “Buradan Naxçıvana yol açılacaq”

"Mən birinci dəfə gələndə Mincivana getdim, orada dəmir yolu stansiyasının önündə Azərbaycan xalqına müraciət etdim. Orada demək olar ki, hər şey dağıdılıb. Bir şey...

Moskvada çoxuşaqlı ailələr üçün ictimai nəqliyat pulsuz olacaq

Moskva şəhər duması çoxuşaqlı valideynlərin ictimai nəqliyyatdan pulsuz istifadəsini nəzərdə tutan təşəbbüsü yekdilliklə dəstəkləyib. Siyasi.az xəbər verir ki, yeni qərar çoxuşaqlı valideynlərlə yanaşı, onların 18...

Fermadan külli miqdarda oğurluq edən şəxs SAXLANILDI

Fermadan oğurluq edən Astara sakini saxlanılıb. Siyasi.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Qamışlı kəndində...

Türkiyə Prezidenti Azərbaycana səfəri barədə DANIŞDI

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana baş tutacaq növbəti səfəri və Füzuli hava limanının açılışındakı iştirakına dair yeni açıqlamalar verib. Siyasi.az xəbər verir ki, Rəcəb...

Bərdədə hamilə qadın xəstəxanada öldü

Bərdədə ana ölümü baş verib. Siyasi.az xəbər verir ki, ana ölümü Bərdə Doğum Evində bu gün səhər saatlarında qeydə alınıb. Doğuşla bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum...

MDB toplantısında videoformatda çıxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış etmişdir. Ali Baş Komndan bildirmişdir...