Şənbə, Yanvar 29, 2022
Ev Blog Səhifə 354

Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur

0

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib. 

Siyasi.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərara alır:

1. Aşağıdakı şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları;

Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və Aparatının əməkdaşları;

dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları;

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları;

dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli siyahı əlavə olunur);

dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;

hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

kütləvi informasiya vasitələrinin əməkdaşları;

Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

2. Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:

dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli siyahı əlavə olunur);

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;

fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları.

3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

4. Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi – ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),

Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),

Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

1 nömrəli əlavə

Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin siyahısı

1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

2. “Azəriqaz” İstehsalat Birliyi

3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və birgə müəssisələri)

7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

17. Bakı Nəqliyyat Agentliyi

18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

20. Dövlət Dəniz Agentliyi

21. Dövlət Mülki Aviasiya Agentliyi

22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi

23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı müəssisələri

Siyasi.az

 

Karantin dövründə iş rejimi barədə qərar verildi – SİYAHI

0

Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar verib. 

Siyasi.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

1.1. “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin;

1.2. bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etsinlər və cəlb etdikləri günlər üçün il ərzində onlara əlavə istirahət günləri versinlər;

1.3. dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılsın;

1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;

1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin;

1.6. xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

2. “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilsin.

3. Bu Qərar 2020-ci il 31 mart tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısı

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (o cümlədən,

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

6. Azərbaycan Respublikasının Baş Prokurorluğu

7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

10. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

12. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

15. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

16. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

17. Azərbaycan Respublikasının Energetika Nazirliyi

18. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

19. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

20. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

21. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

22. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

23. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

24. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

25. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

26. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

27. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

28. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

29. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

30. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

31. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

32. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

33. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

34. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə

Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri

35. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

36. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

37. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

38. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi

39. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi

40. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

41. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik

42. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

43. Azərbaycan Respublikasının Dövlət Neft Fondu

44. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

45. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

46. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

47. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi

48. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

49. Azərbaycan Respublikasının Hesablama Palatası

50. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

51. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

52. “Azəriqaz” İstehsalat Birliyi

53. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

54. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti

55. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

56. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

57. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı

58. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

59. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti

60. “Azərkontrakt” Səhmdar Cəmiyyəti

61. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti

62. Bakı Nəqliyyat Agentliyi

63. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

64. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

65. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

66. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

67. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

68. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu

69. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu

70. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

71. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

72. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 2 nömrəli əlavə Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qeyriiş günlərində işlərin davam etdirilməsi zəruri olan

fəaliyyət sahələrinin siyahısı

1. Səhiyyə və sosial sahə üzrə:

1.1. elmi-tədqiqat və laborator xidmətləri;

1.2. xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə

xidmətlər;

1.3. baytarlıq xidmətləri;

1.4. tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı;

1.5. sosial xidmətlər;

1.6. əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün

baxıcılıq xidməti.

2. İnfrastruktur sahəsi üzrə:

2.1. kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı,

istilik təchizatı, enerji paylanması);

2.2. elektrik enerjisinin istehsalı və təchizatı;

2.3. su təchizatı və meliorasiya;

2.4. telekommunikasiya və rabitə xidmətləri.

3. Nəqliyyat və logistika sahəsi üzrə:

3.1. hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük

daşımaları;

3.2. dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri;

3.3. logistika xidmətləri;

3.4. ictimai nəqliyyat və taksi xidmətləri.

4. Əsas istehsalat növləri:

4.1. müdafiə sənayesi məhsullarının istehsalı;

4.2. neft avadanlıqları və qurğularının istehsalı;

4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida

məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı;

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.5. kimyəvi məhsulların istehsalı;

4.6. kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən

fermer təsərrüfatlarının fəaliyyəti;

4.7. əkinçilik və məhsul yığımı;

4.8. neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

4.9. neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi;

4.10. metallurgiya sənayesi üzrə fəaliyyət;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.13. mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və

təmiri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

4.17. diri heyvanların kəsimi.

5. Pərakəndə və topdan satış üzrə:

5.1. ərzaq məhsullarının satış məntəqələri;

5.2. apteklər;

5.3. yanacaqdoldurma məntəqələri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı

məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri.

6. Məişət xidmətləri üzrə:

6.1. məişət tullantılarının yığılması və utilizasiyası;

6.2. poçt xidmətləri;

6.3. kimyəvi təmizləmə;

6.4. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.5. avtomobillərin təmiri;

6.6. avtomobil yuyulma məntəqələri;

6.7. tərcümə xidmətləri;

6.8. heyvan sığınacaqları;

6.9. dizayn xidmətləri.

7. Kütləvi informasiya vasitələri.

8. Maliyyə təşkilatları üzrə:

8.1. banklar və bank olmayan kredit təşkilatları;

8.2. investisiya şirkətləri, fond birjaları;

8.3. sığorta təşkilatları;

8.4. ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar.

9. Xüsusi xidmət növləri üzrə:

9.1. çatdırılma xidmətləri;

9.2. məişət avadanlıqlarının təmiri;

9.3. dezinfeksiya xidmətləri.

10. Vəkillik fəaliyyəti.

Siyasi.az

Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması barədə məlumatlar rəsmi deyil

0

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

Siyasi.az xəbər verir ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar rəsmi deyil.

“Belə bir sənəd qəbul olunmayıb”, – İ.Məmmədov vurğulayıb.

Qeyd edək ki, xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında məlumatlar yayılıb.

Məlumatlarda vətəndaşlar tərəfindən icazə almaq məqsədilə 803 nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsi və 1,2,3,4 rəqəmlərindən biri daxil edilməklə SMS məlumat göndərilməsi qeyd olunub. Bildirilib ki, vətəndaşlar təsdiq aldıqdan sonra yaşayış yerini tərk edə bilər və əks halda, inzibati məsuliyyətə cəlb olunacaqlar.

Həmçinin yayılan məlumatlarda təxirəsalınmaz tibbi tədbirlər üçün cəmi 2 saat, ərzaq, tibbi avadanlıq, dava-dərman, bank və poçt xidmətləri üçün gündə 1 dəfə cəmi 2 saat, qohumun dəfni ilə əlaqədar 5 saat, açıq havada gəzmək üçün yaşayış yerindən 200 metr uzaq olmadan gündə 30 dəqiqə  müddətin müəyyənləşdirildiyi qeyd olunub.

Siyasi.az

İranda daha 124 nəfər koronavirusun qurbanı oldu

0

İranda koronavirus epidemiyası ilə əlaqədar son 24 saatda 124 nəfər ölüb.

Siyasi.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Beləliklə, COVID-19 qurbanlarının sayı 3160 nəfərə yüksəlib.

İranda, ümumilikdə, 50 468 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 16 711 nəfəri sağalıb.

Siyasi.az

Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb

0

Bu gün son məlumatlara görə, Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb.

Siyasi.az bildirir ki, “Report”un məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyət ağırdır, 11 orta ağır yerdə qalanların vəziyyəti sabitdir: “Bu, son rəqəm deyil”.

Siyasi.az

Karantin qaydalarını pozan 1 243 nəfər cərimələndi

0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 01.04.2020-ci il saat 08:00-dan 02.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Siyasi.az BDYPİ-ə istinadən xəbər verir ki, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla 214 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

– Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla 77 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

– Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

– Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

– Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 796 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1 638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1 243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.

19.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək 8 685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6 380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Siyasi.az

İqtisadiyyat nazirinə yeni müavin təyin olunub

0
Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. 
Siyasi.az “Report”a istinadən xəbər verir ki, sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib.
O, indiyə qədər Vergilər nazirinin müavini olub.
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri S.Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.
O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.
Ailəlidir, üç övladı var.
Siyasi.az

Ermənistan atəşkəs rejimini 24 dəfə pozub

0

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Siyasi.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Siyasi.az 

ABŞ-da koronavirusdan ölənlərin sayı 5,1 min nəfəri ötdü

0

ABŞ-da son sutka ərzində koronavirus infeksiyasından 1 243 nəfər ölüb.

Siyasi.az bildirir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumatlara göri, ölkədə virus qurbanlarının sayı 5 116 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı hazırda 215 417 nəfərdir.

ABŞ-da virusdan ən çox ölüm halı Nyu-Yorkda qeydə alınıb – 1 374 nəfər.

Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.

Siyasi.az

Kəlbəcərin işğalından 27 il keçir

0

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.

Siyasi.az bildirir ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir.

Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

Qeyd edək ki, Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, həmin qətnamə, o cümlədən sonradan qəbul olunmuş daha 3 qətnamə indiyədək yerinə yetirilməyib.

Siyasi.az

XƏBƏR LENTİ

“Türk Dövlətləri Təşkilatı gələcəkdə dünyanın geosiyasi və geoiqtisadi vəziyyətini formalaşdıracaq” – Fuad Heydər

1992-ci ildə Turqut Özal tərəfindən təməli qoyulan Türk Dili Danışan Ölkələr Birliyi hazırda Türk Dövlətləri Təşkilatı adı ilə inkişaf etməkdədir. Bundan öncə Türkdilli Dövlətlərin...

Prezidentdən Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Xocalı soyqırımının otuzuncu ildönümü haqqında sərəncam imzalayıb. Siyasi.az xəbər verir ki, bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının...

Deputat Anar Məmmədov seçicilərini qəbul edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədov Naftalan şəhərində vətəndaşları qəbul edib. Görüş zamanı Anar Məmmədov seçicilərin qarşılaşdığı problemləri, onları narahat edən məsələləri diqqətlə...

Firəngiz Balakişiyeva Vətən müharibəsi şəhidi Yusif Budaqovun anasını ziyarət etdi

"Nəfəs” ictimai birliyinin sədri Firəngiz Balakişiyeva Vətən müharibəsi şəhidi Yusif Budaqovun anasını ziyarət etdi. Siyasi.az xəbər verir ki, birliyin sədri Firəngiz Balakişiyeva "Yeni Gündəm”-ə açıqlamasında bildirib...

“Təhsildə cəza tərbiyə üsulu deyil” – Psixoloq Rövşən Nəcəfov

Bir neçə gün öncə 165 saylı məktəbdə şagirdlərin dərs rejimini kobud şəkildə pozması və müəllimin töhmət alması məsələsi ilə bağlı müzakirələr davam edir. Maraqlıdır, müəllimin...

Arvadı hamilə olan kişilərə məzuniyyət veriləcək – RƏSMİ AÇIQLAMA

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb. Siyasi.az xəbər verir ki,...

Mikayıl Cabbarov: “Sənaye zonalarına əlavə 370 mln manatdan çox investisiya yatırılacaq “

Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 milyard manat, o cümlədən, 2021-ci il üzrə 247,7 milyon manat investisiya yatırılıb, 9 700-dən çox iş...

Bakıda polis nəzarətində olan məktəb direktoru qaçdı, yenidən axtarışa verildi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rüşvət almaqda təqsirləndirilən sabiq məktəb direktoru Cavad Səfərovun barəsində axtarış elan edib. Siyasi.az xəbər verir ki, bu barədə "Report"a...

Ərdoğan Ukrayna-Rusiya münasibətləri barədə: “Türkiyə NATO üzvü kimi öhdəliklərini yerinə yetirəcək”

"Bölgədə müharibənin olacağına müsbət baxmağımız mümkün deyil”. Siyasi.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya münasibətləri barədə açıqlamasında deyib. "Biz regionumuzda sülh...

Azərbaycanda koronavirusun “Omikron” ştammı sürətlə yayılmağa başlayıb

Azərbaycanda koronavirusun "Omikron” ştammı sürətlə yayılmağa başlayıb. Siyasi.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər...