Cümə axşamı, Dekabr 2, 2021
Ev Blog Səhifə 355

“AJF Associates İnc.” şirkəti seçkilərdə apardığı “exit-poll”un nəticələrini açıqlayıb – SİYAHI

0

Amerika Birləşmiş Ştatlarının “AJF Associates İnc.” şirkəti növbədənkənar parlament seçkilərində apardığı “exit-poll”un nəticələrini açıqlayıb.

Siyasi.az-ın məlumatına görə, şirkətin vitse-prezidenti George Birubaum bildirib ki, “AJF Associates İnc.” Azərbaycanda 5-ci “exit-poll” keçirir:

“1053 məntəqədə “exit-poll” keçirdik. 2106 nəfərdən münasibət aldıq. 47 sahə üzrə nəzarətçiyə nəticə təqdim edilib. Səhər 11, 14 və 17-də nəticələr təqdim olunub. Nəticələr dərhal Nyu-Yorka ötürülüb”.

G.Birubaum qeyd edib ki, proses zamanı ümumilikdə 76 min olmaqla, təxminən hər dairədə 640-650 müsahibə aparılıb. Hər dairə üzrə xəta həddi 3,6 – 3,9 faiz götürülüb:

“İlkin nəticələrə görə, seçkilərdə Yeni Azərbaycan Partiyası 69 yer, müstəqil namizədlər 41 yer, Vahid Azərbaycan Partiyası 3 yer, Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1, Bütöv Xalq Cəbhəsi Partiyası 1 yer, Azərbaycan Demokratik Partiyası 1 yer, Vətəndaş Həmrəyliyi Partiyası 3 yer qazanıb”.

Seçki dairəsi Namizəd AJF&Associates İnc.

(ABŞ)

8 Binəqədi birinci Quliyev Azay 46,2 %
9 Binəqədi ikinci Qafarov Kəmaləddin 62,7 %
10 Binəqədi üçüncü Musayev Madər 58,1%
11 Qaradağ seçki Hüseynov Aydın 57,4%
12 Qaradağ-Binəqədi-Yasamal Xasayeva Səbinə 50,9%
13 Xəzər-Pirallahı Əliyev Rauf 46,9%
14 Xəzər Məmmədov Soltan 52,6%
15 Yasamal birinci Quliyev Ülvi 47,1%
16 Yasamal ikinci Qədirli Erkin 40,8%
17 Yasamal üçüncü Allahverdiyev Elnur 56,9%
18 Nərimanov-Nizami Musabəyov Rasim 40,9%
19 Nərimanov birinci Məmmədov Hikmət 45,7%
20 Nərimanov ikinci Əliyev Adil 60,9%
21 Nəsimi birinci İbrahimqızı Məlahət 61,1%
22 Nəsimi ikinci Mollazadə Asim 47,1%
23 Nəsimi-Səbail Səmədzadə Ziyad 49,0%
24 Nizami birinci Nurullayeva Könül 42,3%
25 Nizami ikinci Vəliyeva Sədaqət 62,1%
26 Sabunçu birinci Fazil Mustafa 45,7%
27 Sabunçu ikinci Salahzadə Əliabbas 57,1%
28 Sabunçu üçüncü Quliyev Eldar 41,8%
29 Səbail Nigar Arpadarai 42,5%
30 Suraxanı birinci Fətəliyeva Sevinc 60,9%
31 Suraxanı ikinci Əliyev Etibar 41,7%
32 Suraxanı üçüncü Həsənova Afət 64,1%
33 Xətai birinci Mirələmov Hüseynbala 57,1%
34 Xətai ikinci Zabelin Mixail 47,3%
35 Xətai üçüncü Abbasov Rauf Arif 41,8%
36 Xətai dördüncü Həsənquliyev Qüdrət 42,9%
37 Nizami birinci (Gəncə) Kərimzadə Pərvin 44,0%
38 Nizami ikinci (Gəncə Həmzəyev Naqif 45,2%
39 Kəpəz bicini (Gəncə) Cəfərov Müşfiq 46,4%
40 Kəpəz ikinci (Gəncə) Quliyev Musa 41,3%
41 Sumqayıt birinci Hüseynova Hicran 52,1%
42 Sumqayıt ikinci Mirkişili Tahir 54,0%
43 Sumqayıt üçüncü Hacıyev Emin 53,8%
44 Sumqayıt-Xızı Məmmədli Müşfiq 54,1%
45 Abşeron Əsədov Oqtay 63,8%
46 Şirvan İltizam Yusifov 49,8%
47 Mingəçevir Mirzəzadə Aydın 51,1%
48 Yevlax Məmmədli İlham 52,0%
49 Yevlax-Mingəçevir Hüseynli Əli 57,5%
50 Abşeron-Qobustan Şahin Seyidzadə 43,1%
51 Qusar Badamov Azər 52,7%
52 Quba Əhmədov Vahid 41,5%
53 Quba-Qusar Rafailov Anatoliy 43,0%
54 Şaban-Siyəzən Qurbanov Sadiq Haqverdi 50,5%
55 Xaçmaz şəhər Səlimov Eldəniz Adil 57,9%
56 Xaçmaz kənd Mikayılova Sevil Əlirazi 44,4%
57 Kürdəmir Ağazadə Əminə 50,8%
58 Hacıqabul-Kürdəmir Hüseynov Rəfael 52,2%
59 Salyan Əhmədova Jalə 59,2%
60 Salyan-Neftçala Ağamalı Fəzail 49,3%
61 Neftçala Rüstəmxanlı Sabir 40,8%
62 Saatlı Ələkbərov Əziz 43,1%
63 Sabirabad birinci Cəfərov Kamal 50,9%
64 Sabirabad ikinci Məmmədov Ramin 54.0%
65 Saatlı-Sabirabad-Kürdəmir Əmiraslanov Əhliman 64,5%
66 Biləsuvar Məhərəmov Bəhruz 52,0%
67 Cəlilabad şəhər Malik Həsənov 62,2%
68 Cəlilabad kənd Nəsirov Elman 52,2%
69 Cəlilabad-Masallı-Biləsuvar İbrahimli Fəzail 50,2%
70 Masallı şəhər Məmmədov Məşhur 64.0%
71 Masallı kənd İsgəndərov Anar 61,2%
72 Yardımlı-Masallı Qasımlı Musa 51,2%
73 Lənkəran şəhər Quliyev Rüfət 54,1%
74 Lənkəran kənd Rəcəbli Hadı 53,5%
75 Lənkəran-Masallı Paşazadə Cavanşir 58,6%
76 Lənkəran-Astara Əsgərov Ziyafət 61,2%
77 Astara Mahmudov Rəşad 61,2%
78 Lerik Məmmədov İqbal 42,0%
79 İmişli Nurullayev Razi 48,3%
80 İmişli-Beyləqan Qənizadə Çingiz 50,6%
81 Beyləqan İsmayılov Şahin 63,3%
82 Ağcabədi Rzayev Tahir 60,5%
83 Ağcabədi-Füzuli Abbasov Aqil 60,0%
84 Füzuli Bayramov Vüqar 56,7%
85 Şamaxı Tamam Cəfərova 49,8%
86 İsmayıllı Novruzəli Aslanov 52,8%
87 Ağsu-İsmayıllı Kərimli Tahir 50,8%
88 Göyçay Hacıyev Sabir 54,1%
89 Göyçay-Ağdaş Əfəndiyev Məzahir 49,8%
90 Ağdaş Osmanov Cavid 60,9%
91 Ucar Həsənov Ramil 51,9%
92 Zərdab-Ucar Əliyeva Jalə 52,9%
93 Bərdə şəhər Yıldırım Fatma 59,9%
94 Bərdə kənd Oruc Zahid 60,4%
95 Tərtər Alıyev Sahib 41,2%
96 Goranboy-Naftalan Məmmədov Anar 59,8%
97 Goranboy-Ağdam-Tərtər Vəliyev Ağalar 66,3%
98 Şəmkir şəhər Sahibə Qafarova 62,2%
99 Şəmkir kənd Həsənov Nurlan 62,7%
100 Şəmkir-Daşkəsən Bayramov Kamran 63,8%
101 Göygöl-Daşkəsən Mirbəşir Elşad 43,1%
102 Samux-Şəmkir Səfərov Nizami 63,3%
103 Gədəbəy Hüseynova Sevinc 61,1%
104 Gədəbəy-Tovuz Nağıyev Arzu 50,2%
105 Tovuz Paşayeva Qənirə 57,3%
106 Tovuz-Qazax-Ağstafa Ağayevə Ülviyyə 51,1%
107 Qazax Seyidov Səməd 64,1%
108 Ağstafa Cəfərov Nizami 63,1%
109 Balakən Məhəmməliyev Nəsib 60,5%
110 Zaqatala Musayev Elşən 49,5%
111 Zaqatala-Balakən Əliyeva Kamilə 50,7%
112 Qax Kərimli Azər 51,7%
113 Şəki şəhər İsgəndərov Vüqar 54,9%
114 Şəki kənd birinci Əli Mənsimli 51,2%
115 Şəki kənd ikinci Feyziyev Cavanşir 65,0
116 Qəbələ Heydərov Fəttah 70,6%
117 Oğuz-Qəbələ Aqiyə Naxçıvanlı 68,0%
118 Ağdam şəhər Əliyev Bəxtiyar 62,2%
119 Ağdam kənd Sadlqov Bəxtiyar 60,6%
120 Cəbrayıl-Qubadlı Məmmədov Ceyhun 54,2%
121 Laçın Abbaszadə Mahir 58,2%
122 Xankəndi Gəncəliyev Tural 57,1%
123 Kəlbəcər Aqil Məmmədov 61,1%
124 Şuşa-Ağdam-Xocalı-Xocavənd Elman Məmmədov 55,0%
125 Zəngilan-Qubadlı İsmayılov İmamverdi 53,4%

Mingəçevirdə Aydın Mirzəzadəyə görə topa bülletenləri belə atdılar (FOTOFAKT)

0
47 Saylı Mingəçevir Seçki Dairəsinin 21 Saylı məntəqəsində kobud qanun pozuntusu olub.
Qaynarinfo xəbər verir ki, Mahir Eyyubov adlı şəxs eyni zamanda bir neçə bülleteni topa halda qutuya atarkən yaxalanıb.
Məlumat üçün qeyd edək ki, 21 Saylı məntəqə Maqomayev 71 ünvanda Qarabağ Müharibəsi Veteranları İctimai Birliyinin binasında yerləşir.
Fotodan göründüyü kimi bu həm qanun pozuntusu, həm də cinayət faktıdır.
Həmin kadrları təqdim edirik:

 

“Cəmiyyətin inkişafı yeniliklərin gətirdiyi fərqlilikdən formalaşır” – Elşən Gəncəvi (MÜSAHİBƏ)

0

Elşən Gəncəvi: “Müsbət işlər görmək üçün mübarizə aparmaq lazımdır. Gələcəyə baxışımızın, strateji düşüncəmizin formalaşması üçün özümüzü inkişaf etdirməliyik. İctimai təfəkkürün yeniliklərə açıq olmaması və yeniliklərin çətinliklə qəbul edilməsi bizi fərqli addımlar atmağa təhrik edir.”

İş Adamı, İctimai Xadim Elşən Gəncəvinin “İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri,”Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

Yeni nəsil iş adamı və ictimai xadim kimi öz yolunuzu necə müəyyən etdiniz?

İnsanlara xidmət göstərmək, onların fəaliyyət istiqamətlərində uğurlu nümunələr yaratmaq lazımdır. Doğru yolda addımlayaraq böyük işlərin izində addımlamaq mümkündür. Hər kəsin iş həyatında qorxuları var. “Sıfır” qorxusu. Biz çalışırıq ki, insanlara tövsiyyə edək ki, iş həyatında var olmaq istəyirsənsə sıfırdan qorxmamalısan. Sıfırdan başlamalıyıq və sıfırı görməliyik. Yoxsa öz bilik və bacarıqlarımızı düzgün dəyərləndirə bilməyəcəyik. Güclü olmaq üçün səhvlər və risklər olmalıdır. Perspektivli işlər yaratmaq üçün etdiyimiz səhvlər və risklərdən təcrübə toplayırıq. Öz yolumuzu müəyyən etmək üçün gördüyümüz işə inamımız və sevgimiz olmalıdır. Yəni, sevdiyin işlə məşğul olmalısan ki, yorulmayasan. Motivasiyamız işimizə olan sevgimizdir. Cəmiyyət üçün, faydalı işlər görmək üçün ictimai təşəbbüslərin iştirakçısı olmağa ehtiyac var. Müxtəlif sahələrdə ictimai və sosial ideyaların yanında olmalıyıq ki, insanlar üçün nümunə yarada bilək.

Yeni nəsil və fərqlilik gətirən insanlar üçün hansı əngəllər mövcuddur?

Sən iş görürsən, başqaları müzakirə edir. Mənfi və ya müsbət olaraq sənə qiymət verməyə çalışırlar. Əks fikirlər olmalıdır ki, növbəti işləri təkmilləşdirəsən. Hər zaman nəsillərarası anlaşılmazlıq var. Yeni köhnəni əvəzləyir. Amma köhnənin təcrübəsini öz təcrübəmizə əlavə etməliyik. Müsbət işlər görmək üçün mübarizə aparmaq lazımdır. Gələcəyə baxışımızın, strateji düşüncəmizin formalaşması üçün özümüzü inkişaf etdirməliyik. İctimai təfəkkürün yeniliklərə açıq olmaması və yeniliklərin çətinliklə qəbul edilməsi bizi fərqli addımlar atmağa təhrik edir. Aldığımız təhsil müasir dünyamızın tələblərinə cavab vermirsə, deməli, davamlı öyrənməliyik. Təkcə nəzəri biliklər qazanmaq yox, təcrübəyə əsaslanan biliklər və nümunələri öyrənməliyik.

Həm iş adamı kimi, həm ictimai xadim kimi fəaliyyətinizi necə dəyərləndirirsiniz?

Müstəqil fəaliyyət göstərmək güclü komanda tələb edir. İnsanlar üçün yeni iş yerləri və fəaliyyət növləri yaratmaq isə mənim üçün zövqdür. İnsanlar gördüyümüz işlərin nəticəsini müşahidə edirlər. Nəticəyə qədər bütün proseslər çətindir. Mənim üçün çətin olan 24 saatın işlərimizə yetərli olmamasıdır. Biz komanda olaraq, həm iqtisadi fəaliyyətlər, həm ictimai maarifləndirmə ideyalarını reallaşdırırıq. Komanda olaraq inanırıq ki, həm iqtisadi, həm də ictimai maarifləndirmə layihələri özümüzdən sonrakı nəsil üçün gələcəyə inamı artırmaq missiyasıdır. Gördüyün işi ictimailəşdirməlisən ki, gələcək nəsil nümunələr götürsün, daha güclü işlər görmək üçün biz təcrübə yaratmalıyıq.

Gələcək fəaliyyət planlarınızda hansı yenilikləri etmək niyyətindəsiniz?

Biz istəyirikki, gördüyümüz işlərə daha çox gəncləri cəlb edək. Onların peşəkar olması üçün alternativ fəaliyyətlər yaradaq. Müxtəlif fəaliyyət istiqamətlərində maarifləndirmə, müasir tələblərə cavab verən kadrlar yetişdirmək və komanda formalaşdırmaq niyyətindəyik. Müxtəlif sahənin mütəxəssislərinə stimul verici addımlar ataraq yenilikçi fəaliyyətlərinə meydan vermək niyyətindəyik. Niyyətimizi reallaşdırmaq üçün “PUBLIC AZERBAIJAN” Konsepsiyasını yaratdıq.

“PUBLIC AZERBAIJAN” Konsepsiyası cəmiyyətə hansı mesajları təqdim edir?

“PUBLIC AZERBAIJAN” Konsepsiyası Azərbaycanın ictimai, iqtisadi, mədəni inkişafı yolunda əsas trendləri özündə əks etdirən proqramdır. Biz məqsədimiz odur ki, istənilən sahədə uğur və nümunələri ictimailəşdirək. Cəmiyyətin bütün sahələri bizim üçün vacibdir. Fərqlilik və yenilik gətirən hər bir sahə ictimailəşməlidir. Fərdi və qrup şəklində olan bütün fəaliyyətləri insanlarımızın tərəsizinə təqdim etməliyik. Əsas mesajımız bu fikirlərə əsaslanır ki, gələcək üçün bütün faydalı işləri təbliğ etməliyik və nümunəvi işlərin yanında olmalıyıq.

Azərbaycan cəmiyyəti ictimai və iqtisadi yenilikləri necə qəbul edir?

Qandi belə demişdi: “Əvvəlcə sizə məhəl qoymayacaqlar, sonra sizə güləcəklər, sonra sizinlə mübarizə aparacaqlar və sonda siz qalib gələcəksiniz”.
Cəmiyyətimiz yeniliklərə qorxu və ehtiyyatla yanaşır. Biz düşünürük ki, yeniliklərin iştirakçısı olmalıyıq. İnsanlarımızı da yeniliklərə cəlb etməliyik. Cəmiyyətin inkişafı yeniliklərin gətirdiyi fərqlilikdən formalaşır. Bir məqamı xüsusi vurğulamaq istəyərdim ki, insanlarımız yeniliklərdən həmən töhvə-mənfəət gözləyirlər. İstəyirlər ki, hər şey nəğd olsun. Soğan məsələsi, balıq məsələsi… İnsanlara nəticəni təqdim edəndə, insanlar hər zaman onu hazır istəyirlər. Prosesi göstərmək lazımdır. Nəticənin əziyyətə bağlı olduğunu unutmamalıyıq. Yəni, insanlara balıq vermək yox, balıq tutmağı öyrətməliyik.

Yeniliklər üçün hansı təkliflər yaranmalıdır?

Dünya təcrübələrinin tətbiqindən yararlanmalıyıq. Beyin mərkəzlərinin formalaşması üçün təşəbbüslərə dəstək olmaq lazımdır. Təhsilin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin, qeyri-formal təhsil layihələrini inkişaf etdirməliyik. Yeniliklər üçün daha çox biznes inkubatorların, müstəqil innovasiya mərkəzlərinin yaradılması vacibdir.

Azərbaycanda iş adamı və ictimai xadim olmaq istəyən şəxslərə hansı tövsiyyələriniz var?

Bunun üçün özünə inam və motivasiya lazımdır. Ağlamayana “pəpə” yoxdur. Dövr dəyişib artıq. Ağlamaq yox, iş görmək lazımdır. Gənclik daha tələbkar olmalı, potensiallarını düzgün qiymətləndirməli və bütün dəstəklərdən səmərəli istifadə etməlidir. Bu işlərdə insanlar itirməyi bacarmalıdır, xərcləməyi bacarmalıdır, riskə hazır olmalıdır! Həyat davam etdikcə məğlubiyyət – təcrübəyə, qazanc isə bəhrəyə çevrilir. Bunun əsasında isə sevgi durur. Ətrafdakılara sevgi, təbiətə sevgi, gördüyün işə sevgi, bu günə sevgi vacibdir! Sevgisiz məğlubiyyətlər acı, qazanclar isə mənasız olur.

Siyasi.az

Elşən Gəncəvi şəhid Ruhin Qəhrəmanovun ailəsinə baş çəkib (FOTOLAR)

0

İctimai Xadim, İş Adamı Elşən Gəncəvi 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş Ruhin Qəhrəmanovun ailəsinə baş çəkib.

Siyasi.az xəbər verir ki, 7 fevral 2020-ci il tarixində Elşən Gəncəvi şəhidimizin atası Əşrəf Qəhrəmanov və qardaşı Aprel döyüşçüsü Qəhrəman Qəhrəmanovla görüşüb. Görüş zamanı şəhidin döyüş yolundan, onun döyüş yoldaşları ilə olan xatirələrindən danışılıb. Şəhidimizin məzarı ziyarət edilib.

Əşrəf Qəhrəmanov Elşən Gəncəviyə 9 ferval 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Əslən Cəbrayıl rayonundan olan Ruhin Qəhrəmanov 1994-cü ilin 10 oktyabr günündə anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu şəhidimiz Ruhin Əşrəf oğlu Qəhrəmanov 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub. Aprelin 4-ü isə Ruhin Qəhrəmanov Biləsuvar rayonunda yerləşən “2 saylı məcburi köçkün” məzarlığında dəfn olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) 9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəddir.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Siyasi.az

Elşən Gəncəvi Biləsuvarda məskunlaşan cəbrayıllılarla görüşlər keçirib (FOTOLAR)

0

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Biləsuvarda məskunlaşan cəbrayıllılarla keçirib.

Siyasi.az xəbər verir ki, 7 fevral 2020-ci ildə keçirilən təbliğat-təşviqat zamanı Biləsuvarda məskunlaşan cəbrayıllarla fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib. Namizədin təbliğat-təşviqat materialları paylanılıb.

Görüşlər zamanı seçicilərin seçkidən sonra onların vətəndaş maraqlarını müdafiə edənin yanında olması üçün fəallıq nümayiş etdirmələrinin vacib olduğu vurğulanıb.Seçicilər namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək, onların fikirləri ilə yaxından maraqlanmasını yüksək qiymətləndiriblər.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Siyasi.az

Elşən Gəncəvi Cəbrayılda (FOTOLAR)

0

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində keçirib.

Siyasi.az xəbər verir ki, təbliğat-təşviqat zamanı Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində yaşayan vətəndaşlarla fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib. Namizədin təbliğat-təşviqat materialları paylanılıb.

Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli qərarı və güclü iradəsi ilə reallaşan tarixi qələbə gələcək üçün böyük işlərin başlanğıcı kimi qiymətləndirilib. Həmçinin, 9 fevral 2020-ci il tarixində keçiriləcək seçkilərdə fəal iştirakın vacib olduğu vurğulanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Siyasi.az

Elşən Gəncəvi seçicilərlə növbəti görüşlərini keçirir (FOTOLAR)

0

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini keçirir.

Siyasi.az xəbər verir ki, təbliğat-təşviqat zamanı regionlarda yaşayan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları ilə fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlərini davam etdirir.

Görüşlər zamanı namizədin təbliğat-təşviqat materialları paylanılıb. Seçki prosesində vətəndaşların seçkidə iştirakının vacib olduğu vurğulanıb.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

Siyasi.az

92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Seymur Bayramov: Bu son deyil. Başlanğıcdır!

0

Namizədlər arasında adı adam oğurluğunda hallanan partiya sədri də varmış…

0
Məlumata görə “Azad Respublikaçılar” partiyası formal fəaliyyət göstərir və kriminal dairələrlə əlaqəli olan Kamil Seyidov özünü partiya sədri elan etməklə əslində özü üçün siyasi immunitet yaradıb…

62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidovun adı adam oğurluğunda hallanıb.

Analoq.az xəbər verir ki,, bu barədə 2013-cü ildə musavat.com məlumat yayıb. Yayılan məlumatda bildirilir ki, R.Hüseynov və qardaşı Oqtay Hüseynov “Azad Respublikaçılar” partiyasının sədri Kamil Seyidovla birgə Moskvada fəaliyyət göstərən iş adamı Vahid Əzizovu oğurlatdırmaları və bunun qarşılığında onun ailəsindən 115 min manat pul tələb etmələri ilə bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.1 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb və iş adamını oğurlayan dörd nəfər: Roman Bağırov, Elvin Əzizov, Bəhruz Qafarov və Fazil Ağayev həbs olunublar. Bu şəxslərə 4-5 il müddətinə azadlıqdan məhrumetmə cəzası da kəsilib. Lakin V.Əzizov bu işin arxasında əslində Hüseynov qardaşlarının və Kamil Seyidovun olduğunu bildirərək yenidən şikayət ərizələri yazıb, həmçinin məhkəmənin ədalətsiz keçirilməsinə dair iddia qaldırıb.

Məlumatlara görə “Azad Respublikaçılar” partiyası formal fəaliyyət göstərir və kriminal dairələrlə əlaqəli olan Kamil Seyidov özünü partiya sədri elan etməklə əslində özü üçün siyasi immunitet yaradıb.

Qeyd edək ki, Kamil Seyidov haqqında redaksiyamıza daxil olan məlumatları araşdırırıq. Əlavə məlumat veriləcək.(pia)

Analoq.az

“Deyirdilər ki, burada min manat ödəyənlər Azərbaycanın “ən yaxşı”sı olurlar” – VİDEO

0

Ötən gün Bakıda növbəti mükafatlandırma mərasimi keçirildi.

News24.az-ın məlumatına görə, Aqil Məmiyev və Ləman Mirtalıblının təkşil etdiyi “Best Azerbaijan Awards” adlı tədbir fiaskoya uğradı.
Saat 17:00-da başlamalı olan tədbirə 19:35-da aparıcıların qonaqları zala saysız-hesabsız çağırışı ilə start verildi.

Əslində saatlarla gecikmə mükafatlandırma mərasiminin qeyri-peşəkar təşkilinin ilk siqnalı idi.

Amma görünür, təşkilatçılar tədbiri dəbdəbəli oteldə keçirmək, Xalq artistlərini, səfirləri oraya dəvət etməklə tədbirin baş tutduğunu zənn edirdilər.
Amma…  Ard-arda sponsorların bəh-bəhli təqdimatı, uzun-uzadı uduş lotereyası oyunu zalda əyləşənləri sözün əsl mənasında bezdirdi.
Mükafatlandırılanların mədəniyyət, incəsənət, media sahəsindəki statusu, mövqeyi nəzərə alınmadan necə gəldi verilməsi isə əksəriyyətdə qıcıq yaratdı.

Xalq artisti Həmidə Ömərovanın saatlara gözləyib sonda məkanı mükafatsız tərk etməsi, üstəlik, gecəyə qatılanlar arasında mükafatların bəzi sahiblərinə satılması haqda gəzən söz-söhbətlər hiddət yaratdı.
Səksəndən çox nominasiya üzrə mükafat təqdim olunduqca, yerlərdən “min manat ödəyənlər Azərbaycanın “ən yaxşı”sı olurlar” kimi replikaları səslənirdi.

Məsələ ilə bağlı açıqlama verən təşkilatçı Aqil Məmiyevsə deyilənləri əsassız sayır: “İncikliklər siyahıdakı dəyişikliklərlə bağlı oldu. Lotoreyanın oynanılması əvvəldə olmalı deyildi. Ona görə hər şey qarışdı. Mükafatların ödənişlə verilməsinə gəlincə, deyim ki, bu, reklamla bağlıdır. Daha doğrusu, mükafat alanların bəziləri öz şərtləri çərçivəsində tədbirdə iştirak edib brendlərini tanıdırlar. Yəni, ödəmə ilə özlərini tanıdıb sponsorluq edirlər. Qiymət onların seçiminə görə dəyişir. Bura “şourum” və ya ekranda videoçarxların yayımlanması daxildir”.

A.Məmiyev Həmidə Ömərovanın inciyib məkanı tərk etməsinə də münasibət bildirdi: “Həmidə xanımın adını çəkəndə beş dəqiqə idi ki, məkanı tərk etmişdi. Adı siyahının əvvəlində idi. Səhv etmirəmsə, tələsirdilər. Amma, zəng edib üzrxahlıq edəcəyəm”.
Qeyd edək ki, tədbirdə aparıcı Zümrüd Bədəlova səhnəyə çıxaraq tədbir təşkilatçılarını sərt tənqid etdi. O, “Həmidə Ömərova kimi sənətkar və illərin əməkdar televiziya işçilərinin hamısı acıq edib getdilər. Mən illərdir verilişlərimdə bu tədbiri çox gözəl işıqlandırmışam. Amma bu dəfəki süjetə baxanda çox xahiş edirəm ki, inciməyəsiniz” dedi.

Səhnəyə çıxan Xalq artisti Faiq Ağayev isə mükafatın üzərində qeyd olunan adının səhv yazıldığını irad tutdu.
Tədbirində sonuna yaxın səhnədə yer alan fitnes məşqçi Kamil Zeynallı isə mükafatı aldıqdan sonra məkanı tərk edənlərin ünvanına kəskin ifadələr səsləndirdi. Mükafatdan imtina edən K.Zeynallı: “Mən axıra kimi gözləyə bilirəm, o mükafatı alıb qaçıb gedənlər yox? Niyə digər mükafat alanlar gözləmədilər? Biz onları alqışlaya bilirik, onlar bizi yox? Vacib işi olmayıb makafatı alıb qaçıb gedənlər, mənim Maksımdan artıq deyilsiz”.
Mükafatlandırma mərasiminin sonuna yaxın zalın demək olar ki, tamamilə boşalması təşkilatçıları təlaşa saldı. Onlar mükafat almalı olan şəxsləri səhnəyə qrup şəklində dəvət etməyə başladılar.

 

XƏBƏR LENTİ

Deputat kənd sakinləri ilə görüş keçirib – FOTO

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun Qazançı kəndində sakinlərlə görüş keçirib. Siyasi.az  Yeni Gündəm-ə istinadən xəbər verir ki,ötən qəbullardan birində Qazançı kəndinin sakinləri səyyar...

“Qəzada həlak olanlara şəhid statusu veriləcək” – DSX rəisi

"Prezident İlham Əliyev tərəfindən hadisənin təfərrüatının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralıların müalicəsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib”. Siyasi.az xəbər ki, bunu...

ABŞ səfiri Azərbaycana başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib. Siyasi.az xəbər verir ki,...

“Omikron”un yeni simptomları

Koronavirusun "Omikron” ştammına yoluxmuş şəxslərin simptomları məlum olub. Siyasi.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay bildirib. Onun sözlərinə görə, hələ...

Elçin Quliyev şəhid hərbçilərdən DANIŞDI

"Çıxış etmək ağırdı. Silahdaşlarımızı itirdik. Müharibə iştirakçılarını itirdik. Vətən sağ olsun". Siyasi.az xəbər verir ki, bunu ötən gün Xızıda şəhid olan hərbçilərlə keçirilən vida mərasimində...

Ələt-Astara yolunda AĞIR QƏZA: 2-si uşaq olmaqla 5 YARALI

Ələt-Astara yolunda ağır qəza baş verib. Siyasi.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Qəza nəticəsində 5 nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə...

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Siyasi.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dünəndən cənub-qərb küləyinin üstünlüyü...

Əziz Səncər: “Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdi”

"Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı". Siyasi.az xəbər verir ki, bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər Bakıda...

Baş prokurordan qəzaya uğrayan helikopterlə bağlı AÇIQLAMA

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və...

Anar Məmmədov: Azərbaycan üçün İƏT daima etibarlı tərəfdaş olub

Azərbaycanın sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar içərisində İqtisadi Əməkdaşlıq Təşkilatının özünəməxsus yeri olduğu bəllidir. Azərbaycan üçün İƏT daima etibarlı tərəfdaş olmuşdur. Buna görə də Azərbaycan...